2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Pərviz Abbasov NAZİR təyin edilməsin deyə həbs olunub – İDDİA

“Yeni Klinika”nın direktoru Pərviz Abbasovun həbsi cəmiyyətdə birmənalı qarşılanmayıb. “24 saat” bildirir ki, o, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Pərviz Abbassovun həbsinin korrupsiyayaya qarşı mübarizə çərçivəsində atılmış növbəti uğurlu addım kimi qiymətləndirənlərlə yanaşı, bu olayı təəccüblə qarşılayanlar da var.

Pərviz Abbasovu yaxından tanıyanlar, ələxsus nə zamansa həkim kimi ona üz tutan şəxslər birmənalı şəkildə elan edilən ittihamın əsaslı olduğuna şübhə ilə yanaşırlar. “Yeni Klinika”nın keçmiş direktoru kifayət qədər rüşvət və korrupsiayadan uzaq, həmçinin kifayət qədər savadlı və peşəkar tibb işçisi kimi xarakterizə edilir.

İQTİDARDAXİLİ OYUNLARIN QURBANI

Pərviz Abbasovun iqtidardaxili ziddiyyətlərin qurbanı olması barədə ciddi iddialar var. Bildirilir ki, onun həbsi rəqibləri, yaxud maraqlı qüvvələr tərəfindən təşkil edilib. Məqsəd Pərviz Abbasovun karyera yüksəlişinin qarşısını almaq, eyni zamanda onun təqdimatını verənləri çətin duruma salmaqdır. İddialara görə, “Yeni Klinika”nın keçmiş direktorunu Səhiyyə naziri olmaq şansı varmış və bu barədə onun özünə də məlumat verilmişdi. Pərviz Abbasovun həbsinin Oqtay Şirəliyevin Səhiyyə naziri vəzifəsindən azad edilməsindən 1 gün əvvəl baş verməsi də iddianın əsaslı olduğunu sübut edir. Məlumatlı mənbə Səhiyyə naziri postunun hələ də boş qalmasını da bu məqamla əlaqələndirir. O, “24 saat”a bildirib ki, Pərviz Abbasovun həbsilə bağlı əməliyyat çəkilişi vasitəsilə nümayiş etdirilən pullara və “rüşvət kitabçası”na gəlincə, əşyayi-dəlillərin keçmiş direktora aidiyyatı olmayıb. “Pərviz Abbasovun otağından 600 manat pul çıxıb. Baş prokurorluğun yaydığı görüntülərdə pulun götürülmə anı bu səbəbdən əksini tapmır. Bi rə nümayiş etdirilən kitabçadakı xətt də Pərviz Abbasova aid deyil” deyə mənbə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

2018-ci ildən bu yana uzun illər iqtidarda təmsil olunan və şərti olaraq “köhnələr” adlandırılan oliqarxlaşmış məmur korpusunun sıradan çıxarılması, onların daha gənc kadrlarla əvəzlənməsi hakimiyyətin qaynar qazana döndüyünü göstərirdi. “Yenilər”in islahatları daha da dərinləşdirmək cəhdi, “köhnələr”in dirənişi ən müxtəlif olaylarda təzahür etməyə başladı. Hətta islahatların, korrupsiayaya qarşı mübarizənin belə, bu qarşıdurmanın tərkib hissəsi olduğunu iddia edənlər var. Belə bir dönəmdə 2020-ci ildə “Yeni Klinika”nın direktoru təyin edilən Pərviz Abbasovun 1 il sonra qəfil həbsi bu olayı birmənalı dəyərləndirməyi müşkülə çevirir.

XATIRLATMA

Baş Prokurorluğun Pərviz Abbasovun həbsi barədə yaydığı məlumatda qeyd edilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub. Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

BİOQRAFİYA

Pərviz Akif oğlu Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta Təhsilini 1987-1997 ci illərdə fərqlənmə attestatı ilə bitirmiş,1997-ci il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə daxil olmuş və 2003-ci ildə Ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində Aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində Fellow doctor kimi davam etdirmişdir.


İştirak etdiyi kurslar və treyninqlər:

2008 – Rusiya Federasiyasi. Kazan Dovlət Tibb Akademiyasi, Endoskopik Cərrahiyyə Mərkəzi- Laparoskopik Cərrahiyyə Kursu

2009 – Almaniya Federatif  Respublikasi, Lubek Universiteti Klinikasi- Onkologiya, cərrahiyyə və teletəbabət kursu

2010 – Türkiyə Respublikası, Ankara, Laparoskopik və Robotik Cərrahiyyə kursu

2011 – Türkiyə Respublikası, İstanbul, Laparoskopik Kolorektal Cərrahiyyə kursu

2013 – Türkiyə Respublikası, İnönü Universiteti,  Vaskulyar və Mikro Cərrahiyyə kursu

2013- Türkiyə Respublikası, Səhiyyə Nazirliyi  “Səhiyyənin idarə edilməsı  və sığortanın təşkili” kursu


Elmi tədqiqat işi:

2008- tibb üzrə fəsəfə doktoru

Mövzu- “Qaraciyər exinokokkozunun müalicəsi və residivlərin profilaktikası üsullarının yaxşılaşdırılması”.

2016 – tibb üzrə elmlər doktoru

Mövzu- “Qaraciyər transplantasiyasından sonrakı  ağırlaşmalardan mikro element sistemin və vaskulyar hemodinamikanın rolu”. 

Elmi fəaliyyəti

AMAJ jurnalı, redaksiya heyəti üzvü, ümumi cərrahiyyə üzrə eksperti

2014 fevral- “Elmi fəaliyyətinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif olunmuşdur.

2012-ci ildə   Azərbaycan Respublikasının Prezidenti Yanında  Elmin İnkişaf Fondunun  keçirdiyi elmi işlərin Qrand Layihələri  Müsabiqəsinin  qalibi olmuşdur.

2009- 2018 – ATU- nun “Cərrahiyyə” üzrə Aprobasiya Şurasının üzvü və elmi katibi

2013- 2018 – ATU-nun  “Cərrahiyyə” üzrə  “Problem Komissiyasının” üzvü

2012- 2016 illər. Beynəlxalq  jurnalların nəşriyyat sistemində ümumi cərrahiyyə sahəsində-ekspert(hakim)

2009-cu ildən, ATU- nun “Cərrahiyyə” üzrə Aprobasiya Şurasının üzvü

2003- 2021-cı illər ərzində 16 xarici ölkədə 54-dən artıq Beynəlxalq Konqress, konfrans və s. iştirak etmiş, 13 çıxış və 25-dən artıq poster çıxışı etmişdir. 3 beynəlxalq və 4 milli konfransda  sədrlik etmişdir.  90-dan artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın  müəllifidir.

İş fəaliyyəti :

2020-ci ildən, Yeni Klinikanın Direktoru

2020-ci ildən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, şəxslərə göstərilən Tibbi Xidmətin Təkmilləşdirilməsi və ölüm Hallarının təhlili komissiyasının sədri

2019-cu ildən, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Müşahidə Şurasının üzvü

2019-cu ildən, komissiyasının üzvü

2017- 2018-ci illərdə,  Caspian İnternational Hospital, Baş həkim kimi çalışmışdır.

2012-2014-cü illərdə, Türkiyə Cümhuriyyəti, İnönü Universiteti, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrası, Gastroenteroloji, Bariatrik və Metabolik Cərrahiyyə Bölməsi

2014- 2017-ci illərdə, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, Cərrahiyyə şöbəsi

2003-2019-cu illərdə, ATU- nun II Cərrahi xəstəliklər kafedrasında: 5 N- li Baki Şəhər Xəstəxanası I Cərrahiyyə şöbəsi

Üzv olduğu tibbi cəmiyyətlər:

Azərbaycan Tibb Asossiasiyası, komitə üzvü

Azərbaycan Cərrahlar və Qastroenteroloqlar Asossiasiyası

International Association of Surgeons, Gastroenterologists and Oncologists

International Society of  Surgery

European Society of Surgery

Türkiyə Cərrahiyyə Dərnəyi

Türkiyə Bariatrik Metabolik Cərrahlar Dərnəyi

Türkiyə Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyi

Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyi

Türkiyə Hepatobiliyar Cərrahiyyə Dərnəyi

Türkiyə Orqan Transplantasiyası  Dərnəyi


Cərrahi fəaliyyət sahələri:

Laparoskopik cərrahiyyə, Mədə və bağırsaq cərrahiyyəsi, Yogun bağırsaq cərrahiyyəsi, Düz bağırsaq cərrahiyyəsi, Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahiyyəsi, Yırtıqların açıq və laparoskopik cərrahiyyəsi, Öd yolları, aralıq nahiyəsi və həzm traktının plastik və rekonstruktiv cərrahiyyəsi


Ailəlidir iki övladı var

24 SAAT

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button