2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Peskov 10 min əsgərin öldürülməsi barədə: “Şərh edə bilmərəm…”

Pusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada 10 min nəfərə yaxın rus əsgərinin öldürüldüyü barədə “Komsomolskaya pravda” saytında yayılmış xəbəri şərh etməkdən yayınıb. 

Pressklub.az “Meduza”ya istinadla xəbər verir ki, xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında CNN Peskovdan sözügedən xəbəri necə şərh edə biləcəyini soruşub. Mətbuat katibinin cavabı qısa olub: “Heç cür şərh edə bilmərəm. Bunu “Komsomolskaya pravda”dan soruşmaq lazımdır”.

“KP”-nin təmsilçisi isə öz növbəsində bəyan edib ki, sayt haker hücumuna məruz qalıb və 10 min əsgərin öldürülməsi barədə məlumat saytda “cəmi bir neçə dəqiqə” görünüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu rəqəmin reallığa nə qədər yaxın olması barədə CNN əməkdaşının sualına cavab olaraq isə Peskov bildirib ki, hansısa rəqəm söyləmək Müdafiə Nazirliyinin müstəsna səlahiyyətidir. 

“Hələ lap əvvəldən razılaşmışıq ki, biz heç bir informasiyaya malik deyilik və hərbi əməliyyatların davam etdiyi müddətdə onları səsləndirmək səlahiyyətimiz yoxdur”.  

Qyed edək ki, Rusiyanın “Komsomolskaya Pravda” saytında Ukraynada 

9861 rus əsgərin öldürüldüyü, 16153 hərbçinin isə yaralandığı barədə məlumat yerləşdirilib. 

“KP” bu məlumatı Müdafiə Nazirliyinə istinadən yaysa da, nazirliyin mətbuat konfransında belə bir imformasiya açıqlanmayıb. Sonradan sayt həmin məlumatı silib. 

24 saat

24 saat” “Peskov 10 min əsgərin öldürülməsi barədə: “Şərh edə bilmərəm…”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button