2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Peskov: “Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir”

Yayımlandı: 14 Sentyabr 2022 15:43

Qazaxıstan bölgəyə sülhməramlı göndərməyəcəyini deyir

Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov bildirib ki, bu məsələ sentyabrın 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müzakirə olunub: “Təşkilatın Baş katibi Stanislav Zasın başçılıq etdiyi sərhədə getməsi qərara alınıb. Onlar dövlət başçılarına hesabat təqdim edəcəklər, baxılacaq”.

D.Peskov əlavə edib ki, missiya hələ ki hadisə yerinə gəlməyib.

Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi ölkəsinin sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi məsələsinin gündəlikdə olmadığını deyib.

Nazir bu barədə “Sputnikarmeniya”ya danışıb.

Onun sözlərinə görə, ilk addım Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya komissiyasının işinin bərpa edilməsidir:

“Biz quru sərhədlərimizi və dəniz sərhədlərimizi tam demarkasiya etdiyimiz üçün öz təcrübəmizi tərəflərlə bölüşə bilərik. Demarkasiya Rusiya istisna olmaqla, bütün qonşularımızla yekunlaşıb. Rusiya ilə demarkasiya, yəqin ki, daha 2-3 il vaxt aparacaq”.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 49 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button