Loading...
Loading...
SEÇMƏ

Peskov Putinin əməliyyatlarla bağlı tez-tez hesabat aldığını deyir

Yayımlandı: 12 Sentyabr 2022 17:17

Prezident müdafiə naziri və bütün hərbi rəhbərlərlə gecə-gündüz əlaqə saxlayır”

Rusiya Prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyat (SVO) zamanı baş verən hər şey, o cümlədən rus qoşunlarının yenidən qruplaşdırılması ilə bağlı hesabatlar alır”.

Bu fikri sentyabrın 12-də Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov səsləndirib.

O bildirib ki, prezident müdafiə naziri və bütün hərbi rəhbərlərlə daimi, demək olar ki, gecə-gündüz əlaqə saxlayır: “Təbii ki, xüsusi hərbi əməliyyat zamanı başqa cür ola bilməz”.

Ölkənin hərbi rəhbərliyinin dövlət başçısının etimadından bəhrələnməkdə davam edib-etməməsi ilə bağlı suala cavab Peskov belə cavab verib:

“Xüsusi hərbi əməliyyat davam edir və əvvəlcə qarşıya qoyulan bütün məqsədlərə nail olunana qədər davam edəcək”.

Ötən həftənin sonunda Ukrayna xüsusi təyinatlılarının Xarkov vilayətinin Kupyansk şəhərini və Yujnobuqski istiqamətində yaşayış məntəqələrinin azad etdiyi haqda məlumat yayılıb.

Eyni zamanda, Ukrayna ordusunun Luqansk vilayətinin Lisiçansk şəhərinin kənarında olduğu qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi sentyabrın 10-da Donetsk istiqamətində səylərin artırılması məqsədilə Balakleya və İzyum bölgələrində yerləşdirilən rus qoşunlarının yenidən qruplaşdırılmasını elan edib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Zelenski Rusiya ilə danışıqlardan imtina edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button