2022-11-15 16:33:58
Kremlin sözçüsü Dmitriy Peskov Rusiya mətbuatına taxıl müqaviləsinin uzadılıb-uzadılmayacağı ilə bağlı açıqlamalar verib.
Taxıl müqaviləsi qərarının hələ açıqlanmadığını deyən Peskov, “Taxıl müqaviləsinin uzadılıb-uzadılmaması qərarı vaxtı gələndə açıqlanacaq” deyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Rusiyadan Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamənin qəbul edilməsinə reaksiya verən Peskov, “Bu prosesi davam etdirənlər valyuta və qızıl ehtiyatlarımızı müsadirə edərək soyğunçuluğu rəsmiləşdirməyə çalışırlar. Bu qərar qanuni deyil. Rusiya mümkün olan hər şeyi edəcək” dedi.
Rusiya və ABŞ nümayəndə heyətlərinin Ankarada apardığı danışıqların maraqlı məzmunundan danışan Peskov, “Bu danışıqların məzmunu ilə bağlı deyəcək bir şeyimiz yoxdur” deyib.
Tərcümə“24 SAAT”