Now Reading:
Peterburq metrosundakı terrorla bağlı 6 nəfər saxlanılıb

Peterburq metrosundakı terrorla bağlı 6 nəfər saxlanılıb

Sankt-Peterburqda 14 nəfərin ölümü ilə nəticələnən metro terroru ilə bağlı şübhəlilər saxlanılıb.
Həmin şəxslərin hamısı Orta Asiya əsillidir.
Həmin şəxslər 2015-ci ilin noyabr ayından İŞİD-in planlaşdırdığı terror hadisələrinin təşkilatçılığı üçün Sankt-Peterburq ərazisinə gəliblər. Hazırda həmin şəxslərin yaşadıqları mənzillərdə yoxlamalar aparılır. Yoxlamalar zamanı onların evlərindən dini ekstremist ədəbiyyatlar, sənədlər aşkarlanıb.
Hələlik saxlanılan 6 nəfərin terroru törədən şəxslə əlaqələrinin olub- olmadığı dəqiqləşməyib.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.