2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Peterburqdakı terror aktı Türkiyədən maliyyələşdirilib

Rusiyanın Sankt-Peterburq şəhərinin metropolitenində törədilən terror aktı beynəlxalq terror qrupunun Türkiyədəki üzvləri tərəfindən maliyyələşdirilib.

TASS xəbər verir ki, bunu teraktla bağlı başlanmış cinayət işinin 10-cu fiqurantı olan Əkrəm Əzimov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qətnaməni səsləndirərkən Moskvanın Basman rayon məhkəməsinin hakimi Yelena Lenskaya deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Cinayət işinin materiallarına əsasən, Əkrəm Əzimov şəxsən Türkiyəyə gedərək, Peterburqda terror aktını törətmək üçün pul alıb. Bundan başqa o, cinayət qrupunun üzvləri üçün saxta sənədlərin hazırlanması və həmin şəxslərin sərhədi maneəsiz keçməsini təşkil edib”, – deyə hakim bildirib. Onun sözlərinə görə, terror aktının təşkilində şübhəli bilinərək həbs olunmuş Abror Əzimov partlayışın törədilməsi üçün ayrılan pulu alaraq terror aktının icraçısı Akbarjon Cəlilova ötürüb.

Moskvanın Basman rayon məhkəməsi Əkrəm Əzimov barəsində iyulun 3-dək həbs olunması barədə qərar qəbul edib. Əkrəm Əzimov məhkəmədə günahsız olduğunu bildirib.

Terror aktının təşkilatçılarının axtarışı Rusiyanın müxtəlif bölgələrində davam etdirilir.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metropolitenində törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 50-dən çox sərnişin yaralanıb.

virtualaz.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button