2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Petr İliçev: “Rusiya sülhməramlılarına BMT mandatı verməyə ehtiyac yoxdur”

Yayımlandı: 8 Fevral 2023 13:17

XİN rəsmisi deyir ki, sülhməramlıların fəaliyyəti həm Bakı, həm də Yerevanda dəstəklənir

“Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarına BMT mandatı verməyə ehtiyac yoxdur. Bakı və Yerevan onların iş rejimləri ilə razılaşır və bunu dəstəkləyirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçev fevralın 8-də səsləndirib.

Diplomatın sözlərinə görə, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasında sabitliyin qorunmasının yeganə təminatçısı olaraq qalır:

“Sülhməramlılara BMT mandatı verməyə ehtiyac yoxdur. Çünki 2020-ci ildə üçtərəfli görüşdə sülhməramlılarımızın fəaliyyət üsulları artıq aydın şəkildə müəyyən edilib”.

Petr İliçev. Foto: Rusiya XİN

Petr İliçev Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatını xatırladaraq əlavə edib ki, bu məsələdə mübahisə iştirakçıları arasında konsensus var:
“Bu fakt əsasdır”.

“Rusiya sülhməramlılarının fəaliyyəti həm Bakıda, həm də Yerevanda dəstəklənir ki, bu da ərazinin yekun statusunun qeyri-müəyyənliyi kontekstində əsas əhəmiyyət kəsb edir”, – Petr İliçev belə deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın əvvəlində bildirmişdi ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mandatı başa çatdıqdan sonra BMT Təhlükəsizlik Şurasına regiona beynəlxalq sülhməramlı kontingentin göndərilməsi ilə bağlı sorğu gələ bilər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Nikol Paşinyana cavab olaraq demişdi ki, beynəlxalq sülhməramlılar Qarabağda yalnız bütün münaqişə tərəflərinin razılığı ilə cəlb oluna bilər.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button