Now Reading:
Peyk görüntüləri İFŞA ETDİ – Türkiyəyə qarşı Rusiya-ABŞ oyununun ŞOK DETALLARI – VİDEO

Peyk görüntüləri İFŞA ETDİ – Türkiyəyə qarşı Rusiya-ABŞ oyununun ŞOK DETALLARI – VİDEO

Qəndil (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir – red.) Afrində PYD-nin (PKK terror təşkilatının Suriya qanadı – red.) Afrindəki itkilərini kompensasiya etmək üçün mahala 600 terrorçu göndərib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK terrorçuları Münbic və Kobani kimi bölgələrdən 2 min nəfər dinc sakinlə birlikdə “vətəndaşlara həmrəylik ziyarəti” adı altında Afrinə gətirilib.

Xəbərə görə, terrorçular Rusiya və Suriya rejiminin nəzarətində olan Tel Rifat bölgəsindən keçərək Afrinə daxil olub. Təhlükəsiz mənbələrin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri və kəşfiyyat qurumları peyk şəkillərinə baxdıqdan sonra terror konvoyunu analiz edib. Konvoyda olan dinc əhali və terrorçuların sayı, həmçinin daşıdığı silahlar ətraflı araşdırılıb.

Konvoyla, xüsusilə Afrindəki terrorçuların istədiyi zenit sistemlərinin göndərildiyi bildirilir.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının açıqladığı məlumata görə, Afrində 1000-ə qədər terrorçu öldürülüb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.