Xəbərlər

Peyvənd olunanlar 300 minə yaxınlaşır

Yanvarın 18-dən hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 293 min 360 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, dünən, martın 1-də Azərbaycanda koronavirus infeksiyasına qarşı 22 min 498 nəfər vaksinasiya olunub.

Azərbaycanın Çinin “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Hazırda yaşı 50 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi ümumilikdə 234 min 662 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 223 nəfərin vəfat etdiyi bildirilir.

24 saat” “Peyvənd olunanlar 300 minə yaxınlaşır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button