2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Peyvənd olunanlar da yoluxursa…

Yeni növ koronavirusun delta ştammı hazırda bir çox ölkələrdə yoluxmaları artırır. “The Wadhington Post” qəzeti yazır ki, Bayden administrasiyası artıq “peyvənd olunmayanların pandemiyası”ndan danışırdı. Amma vaksin vurdurmuş şəxslərin də xəstələnməsi bu sözlərə inamı azalda bilər, qəzet vurğulayır.

Araşdırmalar koronavirus vaksinlərinin xəstəliyin ağırlaşmasına və hospitalizasiyaya qarşı güclü qoruma yaratdığını göstərib. Amma onlar daha yüngül yoluxmalara müqavimət yarada bilmir. Üstəlik, aylar öncə peyvənd olunanlarda immunitetin bəzi elementləri itir. İmmun sistemi zəif olanlar indi xəstəxanalara yerləşdirilir. Administrasiya səkkiz ay öncə peyvənd olunmuşlara üçüncü dozanın vurulmasına icazə üzərində işləyirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Real gözləntilər

Qəzet yazır ki, vaksin tərəfdarları peyvəndə realistik yanaşma tərəfdarıdırlar. Vaksinlər əbədi qoruma sistemi yaratmır. Onlar immun sisteminin elementlərinə koronavirus infeksiyalarını tanıyaraq onlara cavab verməyi, virusu dərhal təmizləməyi öyrədir. Vaksinasiyadan sonra yüngül xəstələnmək peyvəndin təsirsiz olması demək deyil.

“Vaksindən real gözləntilər qurmaqla daha yaxşı iş görmüş olardıq. Çünki adamlar məyus olurlar. Onlar vaksinin təsir göstərmədiyini düşünürlər”, – Filadelfiya Uşaq Xəstəxanasının pediatrı və vaksin eksperti Pol Offit deyib.

“Delta ABŞ-da daha çox yayılır, vaksinin effektinə də müəyyən qədər dəyişir. Amma vaksinlər xəstəliyin ağırlaşmasına qarşı hələ də effektlidir”, – bunu isə CDC-nin Covid-19-a Reaksiya Komandasının üzvü Heser Skobi söyləyir. O, özəlliklə Johnson & Johnson vaksini və “immunitetin azalması potensialı” haqda daha çox məlumata ehtiyac olduğunu vurğulayıb.

Skobi vaksinlərin Kanada, Qətər, İsrail və İngiltərədə (üstəgəl Şotlandiyada) deltaya necə təsir göstərməsi haqda məlumatların icmalını təqdim edib. Həmin ölkələrdə vaksinin yoluxmaları önləməkdə təsiri 40 faizdən 80 faizə qədərdir. Xəstəliyin ağırlaşmasına qarşı təsirsə daha böyük, vaksin vurulanlar üçün ümumilikdə 90 faizdir. Skobi fərqli nəticələri metodologiyada fərqlərlə izah edib.

Yeni pandemiyaya hazırlaşmağın çətinliyi

“The Financial Times” qəzeti isə növbəti pandemiyaya hazırlaşmağın çətinliyindən yazır.

Qəzet qeyd edir ki, pandemiyanın ilk aylarında tibbi ləvazimat qıtlığı, daha sonra vaksin çatışmazlığı ilə üzləşmiş hökumətlər indi dərmanları özləri hazırlamaq istəyirlər. Britaniya bu sahədə bəzi işlər həyata keçirir. Avropa Birliyi dərman istehsalı gücünü artırır, Ağ ev böyük islahatlar təklif edib. Afrika Birliyi 2040-cı iləcən vaksin istehsalını qitənin ehtiyaclarının 60 faizi qədər artırmağı planlaşdırır.

Amma bir müddət öncə ABŞ-ın Emergent BioSolutions şirkətinin zavodlarından birində insident baş verdi. Onmilyonlarla Johnson & Johnson dozası AstraZeneca vaksini ilə qarışdırılaraq korlandı. Obyektdə sanitar qaydaların pozulduğu, işçilərin zəif təlim gördüyü üzə çıxdı. İstehsal prosesi 100 gündən çox dayandı.

Qəzet yazır ki, bu zavoddakı problemlər özünün dərman ehtiyatını görməyin,
yeni böhranla bağlı plan hazırlamağın necə çətin olduğunu göstərib.

“Hökumətlər öncədən bəlli olmayan xəstəliyə qarşı dərhal və təhlükəsiz reaksiya verməkdən ötrü özlərinin istehsal obyektlərini hazırlamağın necə mürəkkəb iş olduğunu anlayırlar. Digər tərəfdən, qlobal təchizat sistemini pozmaq riski də yaranır ki, bu, vaksin təchizatında bərabərsizliyi daha da dərinləşdirə, istehsalı zəngin ölkələrin əlinə cəmləyə bilər”, – məqalədə deyilir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button