2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Peyvəndlərin qarışdırılmasına yol verilməyəcək

Mayın 3-dən koronavirusa qarşı Azərbaycana təzə gətirilən “Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca”) də istifadə edilməyə başlanacaq.

Bu xəbəri Səhiyyə Nazirliyi və digər rəsmi qurumlar verib.

Saytların yığılması Saytlarin yigilmasi

“Vaxzevria” vaksininin ilkin olaraq 60 yaşdan yuxarı şəxslərə tətbiq ediləcəyi açıqlanıb. Amma bu vaksinin yan fəsadının olması təhlükəsi ilə bağlı bəzi ölkələr ondan istifadəni müvəqqəti dayandırıb. Azərbaycanda isə buna lüzum görmürlər.

Dünən, mayın 2-də isə Rusiyadan alınan peyvəndin ilk partiyası (40 min doza) Azərbaycana gətirilib. Bu ilin martında baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Amma dünyanın bir sıra ölkələrində Rusiya istehsalı olan bu peyvəndlə bağlı da fikir ayrılıqları var.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. Çinin “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2.5 milyon əhali üçün də bu vaksindən gətirilməlidir. Hazırda yaşı 40 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Lakin “Sinovac” şirkətinə məxsus peyvəndin də effektivlik faizi ilə bağlı dünyada mübahisələr var.

Vaksinasiya dövlət hesabına həyata keçirilir. İndiyə qədər 1.5 milyon şəxsin peyvənd olunduğu açıqlanıb. Onlardan yarım milyondan çoxu ikinci mərhələdə peyvənd olunub.

TƏBİB: Kifayət qədər “Sinovac” ehtiyatı var

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, peyvəndlərin qarışdırılmasına yol verilməyəcək.

Qurumdan “Turan”a bildirilir ki, vətəndaşlara birinci hansı peyvənd vurulubsa, bir aydan sonra ikinci peyvənd də eynisi vurulacaq: “Azərbaycanda “Sinovac” peyvəndinin kifayət qədər ehtiyatı var. Eyni zamanda, vətəndaşlara istədiyi peyvəndi seçmək imkanı da verilir”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyədək ümumilikdə 321 min 380 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 4 min 561 nəfərin vəfat etdiyi açıqlanıb.

24 saat” “Peyvəndlərin qarışdırılmasına yol verilməyəcək” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button