Xəbərlər

Pfizer/Biontech vaksininin istifadə müddəti uzadılıb

Loading...

Bakı/22.11.21 Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVİD-19 əleyhinə vaksinasiyada Pfizer/ Bionetch preparatından istifadə edən ölkələrin aidiyyatı qurumlarına  vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, məktuba əsasən, Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb.

Məktubda deyilir ki, bununla əlaqədar olaraq hazırda Azərbaycanda istifadə olunan vaksinin istifadə müddəti 2021-ci il dekabrın 31-nə kimi müəyyən edilib. -05D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button