Gündəm

‘Pfizer’ vaksinindən istifadə başladı

İyunun 7-dən Azərbaycanda vətəndaşlar yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksinindən də istifadə edə biləcəklər.

Bu xəbəri yayan İcbarı Tibbi Sığorta Agentliyinin məlumatına görə, həmin vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasında başlanacaq.

18 yaşından yuxarı və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd edilə bilər.

Azərbaycanda indiyədək, əsasən, “Sinovak” və “Sputnik” peyvəndlərindən istifadə edilib.

“Sinovak” və “Pfizer” vaksinləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tanınıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “’Pfizer’ vaksinindən istifadə başladı” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button