2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Pilot huşunu itirdi, stüardessa sükana keçdi!

Alman hava yolları şirkəti “TUI Fly”ın uçuşunda Hollywood filmlərinə bənzər bir hadisənin baş verdiyi ortaya çıxıb.
İspaniyanın Mallorca şəhərinə uçan Boeing 737-800 tipli təyyarənin köməkçi pilotu təyyarə Aralıq dənizi üzərində ikən huşunu itirib. Köməkçi pilotun huşunu itirməsini görən stüardessa pilotun yerinə keçərək kapitan pilota yardım edib. Kapitan pilot və 190 yolçusu olan təyyarə uğurla Mallorcaya enib.
Hava yolları şirkəti açıqlamasında ekipajın nümunəvi bir şəkildə hərəkət etdiyi söylənib. Köməkçi pilotun yerini tutan stüardessanın da, əslində, uçuş təhlükəsizliyi mütəxəssisi olaraq təhsil aldığı bildirilib. Şirkətin uçuşlarında daha əvvəl bənzər bir vəziyyət yaşanmadığı məlum olub.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button