2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Pis xəbər var: Ev qlmaq müşkülə çevriləcək

“Daşınmaz əmlak bazarında ilin əvvəli ilə müqayisədə 5 faizlik artım var. Bazarda problem ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə təklif azdır. Bununla əlaqədar qiymətlər artıma doğru gedir”.

Bu sözləri daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert bildirib ki, təkrar mənzil bazarında artım müşahidə edilir:

Saytların yığılması Saytlarin yigilmasi

“Ucuz mənzillər tədricən aradan çıxmaqdadır. Bazara təklif olunan ucuz mənzillərin qiyməti 70 min manata qədərdir. Onlar artıq sıradan çıxmaq üzrədir. 1 otaqlı mənzillərin qiyməti 65-90 min manat arasında dəyişir. Qiymət evin yerindən asılı olaraq dəyişir. Metrostansiyaların yaxınlığında yerləşənlər ən bahalı mənzillərdir. Məsələn, ötən il Nərimanovda 1 otaqlı mənzil 75 min manat idisə, bu gün həmin mənzil 90-95 min manata təklif olunur. “Neftçilər” metrostansiyası yaxınlığında köhnə tipli 1 otaqlı mənzilin qiyməti 75-85 min manatdır.

2 otaqlılar 75-110 min manata təklif olunur. 3 otaqlılar isə 90-150 min manata satılır. Məsələn, ötən il “Nərimanov” metrostansiyası yaxınlığında 3 otaqlı mənzilin qiyməti 95-115 min manat idisə, bu gün həmin mənzillər 135-170 min manata təklif olunur. Ən bahalı mənzillər “Leninqrad” layihəli evlərdir. Çünki onlar ipoteka predmetinə gedir və onların istismar müddəti başa çatmayıb deyə daha çox tələb olunan mənzillərdir.

Yeni tikililərdə 1 kvadratmetrin qiyməti 900-8000 manat təşkil edir. 900 manata olanlar əsasən Qaradağ rayonunda, Sabunçu və Suraxanıda təklif olunur.

Orta qiymət 2000 manat civarındadır. Rayonlardan asılı olaraq qiymətlər dəyişə bilir. Səbail, Nəsimi, Nərimanov rayonunda 1 kvadratmetrin qiyməti 1800 manatdan başlayaraq 8000 manata qədər dəyişir. Daha baha olanlar Səbail, Nəsimi, Nərimanov rayonunda yerləşən premium sinfə aid yeni tikililərdədir. Mənzillərin qiyməti təmirdən asılı olaraq da dəyişə bilər. Təmirli evlərin qiyməti təmirsiz evlə müqayisədə 500-600 manat artıqdır”.

Ramil Qasımzadə torpaq bazarındakı vəziyyətdən də danışıb. O bildirib ki, bu bazarda kritik durum hökm sürür:

“Artıq şəhərin mərkəzində demək olar ki, torpaq tapmaq mümkün deyil. 1 sotun qiyməti yerindən asılı olaraq 2 min manatdan başlayır, 650 min manata qədər təklif olunur. Qaradağda, Sabunçuda qiymətlər təxminən 2 min manatdır. Ətraf qəsəbələrdə bağ üçün olan torpaq sahələrinin orta qiyməti 5 min manatdır. Şəhərə doğru – Nizami, Xətai rayonunda 1 sot üçün qiymətlər 15-60 min manat arasında dəyişir. Nərimanov rayonunda 1 sot üçün qiymətlər 80-350 min manat, Nəsimi rayonunda 120-350 min manat, Səbaildə isə 500-600 min manat təşkil edir. Mərkəzdə kvadratmetri 8 min manata təklif olunan torpağa da rast gəlinir”.

“Qiymətlər hansı istiqamətdə dəyişə bilər?” sualına ekspert belə cavab verib:

“Mənzillərin qiyməti ictimai-siyasi vəziyyətdən asılı olaraq dəyişir. Son vaxtlar İranın təhdidi, ictimai-siyasi vəziyyətin bir qədər gərgin olması daşınmaz əmlak bazarına da təsirsiz ötüşmür. Belə ki, gözləmə mövqeyinə çəkilənlər var. Gərginlik aradan qalxsa, qiymətlər artıma doğru gedəcək”. (musavat.com)

The post Pis xəbər var: Ev qlmaq müşkülə çevriləcək appeared first on 24 saat.

“24 saat “Pis xəbər var: Ev qlmaq müşkülə çevriləcək” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button