Loading...
Loading...
Cəmiyyət

Piyadalara tətbiq olunan cərimə artırıldı

Avtomobilini texniki baxışdan keçirməyən sürücünün təkrar inzibati məsuliyyətə cəlb olunması müddəti uzadılıb

Maddəyə edilən əlavədə qeyd olunur ki, hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə 40 manat məbləğində cərimə ediləcək.

Cərimənin artırılması prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzaladıqdan sonra qüvvəyə minib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məcəllənin 338-ci (Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsinin 2-ci bəndinə əsasən, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat məbləğində cərimə edilir.

Bundan əvvəl sürət həddindən asılı olmayaraq, piyada keçidinin müəyyən olunmayan yerdən keçməsinə görə cərimə 20 manat idi.

Digər dəyişikliyə 339-cu (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə edilib.

Maddənin “Qeyd” hissəsində edilən dəyişikliyə əsasən, şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. İndiyədək bu müddət 10 gün idi.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button