2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

PKK Türkiyə hökuməti ilə görüş istəyir

Türkiyənin baş naziri Binali Yıldıırm sədri olduğu Ədalət və İnfişaf Partiyasının (AKP) baş qərargahında iftar yeməyi zamanı millət vəkillərinə səslənib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir çıxışında terror təşkilatından “görüşə bilərik, silahları buraxmaq olar, danışaq” kimi birbaşa və ya bilavasitə xəbərlərin gəldiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazir Binali Yıldırım terror təşkilatının qollarından da bu ismarıcların onlara çatdırıldığını söyləyib.

“Danışacaq heç bir şey yoxdur” deyə söyləyən baş nazir əlavə edib: “Danışacaq tək şey bayrağımızdır. O bayrağın rəngi şəhidlərimizin qanı, hilalı (aypara-red.) müstəqilliyimizin simvolu, ulduzu şəhidlərimizin göy üzündə parlayan ulduzudur. Bunlarla bağlı danışcaqsaq, danışaq. Yoxsa məmləkəti, milləti terrorla, qorxu ilə sarsıdacağınızı düşünərsəniz, bacara bilməyəcəksiniz”.

Binali Yıldırımın PKK terror təşkilatına daxildə və xaricdə dəstək verən güclərin olduğunu, günü gəlincə türk millətinin həmin güclərdən hesab soracağını da söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button