2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

PKK-ya qarşı son illərin ən ağır zərbəsi

Türkiyədə PKK terror təşkilatına son illərin ən ağır zərbəsi vurulub. Silahlı Qüvvələr Beytüşşəbap və Silvanda terror təşkilatının silah-sursat anbarlarını darmadağın edib.
19 gündən bəri davam edən “Şəhid jandarm Əhməd Karaman-2” əməliyyatı nəticəsində çox sayda silah-sursat ələ keçirilib. Əməliyyatlarda İncəbəl dağından Kato dağınadək olan bölgədə tərrorçuların istifadə etdiyi 25 mağara aşkara çıxarılıb. Silah-sursatın da həmin mağaralarda saxlanıldığı bildirilib. Silah anbarına çevrilən mağaraların yararsız hala salınması məqsədilə işlər aparılır.

Bundan başqa, Diyarbəkirin Silvan qəsəbəsində aparılan “Bayraq-51” əməliyyahında da torpağa basdırılmış təyyarəvuran silah və müxtəlif silah-sursat ələ keçirilib. Burda da PKK terror təşkilatına qarşı əməliyyatların davam etdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button