2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Planetin ilk nüvə müharibəsi suya görə başlaya bilər – BMT alimləri

Planetin ilk nüvə münaqişəsi Rusiya ilə ABŞ arasında deyil, Hindistanla Pakistan arasında baş verə bilər.

Bu barədə BMT universitetinin alimləri bəyanat veriblər. Onlar hesab edirlər ki, bu iki ölkə arasında nüvə müharibəsi Hindistan yarımadasında içməli su əldə etmək üstündə artan problemlərin fonunda yarana bilər.

Alimlərin fikrincə yarımadada su resursları üstündə münaqişələr son illər daha da qızışıb. Təxminən bir ay əvvəl Hindistan Pakistanla 1960-cı ildən bəri su əlaqələrini idarə edən Hind çayı üzrə daimi ikitərəfli komissiyanın işinə xitam verib. Razılaşmaya əsasən, Hindistan Hind çayının 3 şərq qolundan, Pakistan isə 2 qərb qolundan istifadə hüququ qazanmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bu razılaşma Pakistan üçün o baxımdan təhlükəlidir ki, Dehli iki ölkə arasında müharibə yaracağı halda ölkəsindən keçən çayın qollarını bağlamaq haqqına sahibdir.

Bu ilin sentyabrında Hindistan hökuməti razılaşmaya yenidən baxmaq və ya ondan çıxmaq istədiyini bəyan etmişdi. İslamabad bu addımın düşməncə olduğunu və “müharibə elan kimi” dəyərləndiriləcəyini açıqlamışdı.
`
BMT ekspertləri hesab edirlər ki, iki ölkə öz aralarında razılığa gələ bilməsələr, bu, yeni müharibəni qaçınılmaz edəcək.(Qafqazinfo.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button