2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Platininin cəzası yenə yüngülləşdirildi

UEFA prezidenti Mishel Platininin cəzası yenə yüngülləşdirilib.

Beynəlxalq İdman Arbitraj Məhkəməsi onun fəaliyyətini qoyulmuş 6 illik qadağanı 4 ilə endirib.

Amma buna baxmayaraq o, 2019-cu ildə FİFA prezidentliyinə keçiriləcək seçkilərdə iştirak edə bilməyəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa ona kəsilmiş 80 min İsveçrə frankı məbləğində cərimə 60 minə endirilib.

Bu barədə mayın 9-da jurnalistlərə məhkəmənin baş katibi Matye Rib ( Matthieu Reeb) məlumat verib.

Platini FİFA-dan qanunsuz 2 milyon İsveçrə frankı aldığına görə əvvəlcə 8 il futboldan uzaqlaşdırılmış, sonradansa bu cəza 6 ilə endirilmişdi.

Keçmiş FİFA prezidenti Sep Blatter də korrupsiya qalmaqalına görə istefa verib və fəaliyyətinə 6 illik qadağa qoyulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button