Loading...
Loading...
Texnologiya

POCO F4 GT smartfonu və POCO Watch smart saatı təqdim edilib – QİYMƏTİ

    Xiaomi-nin POCO brendi Redmi K50 Gaming Edition smartfon modelinin qlobal versiyasını təqdim edib. Söhbət, POCO F4 GT smartfonundan gedir. Bununla yanaşı POCO brendi öz ilk smart saatı olan POCO Watch-u da təqdim edib. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun sahib olduğu texniki göstəricilər barəsində məlumatlar daha öncə də internetdə ortaya çıxmışdı. Buna görə də bu baxımdan heç bir sürprizə rast gəlinməyib. Beləliklə POCO F4 GT modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq smartfon ekranı Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

    Əsas texniki göstəricilərə gəldikdə POCO F4 GT Snapdragon 8 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO F4 GT ümumiyyətlə gaming smartfon sinifinə daxildir. Buna görə də o, Snapdragon 8 Gen 1 prosessoruna və maye soyutma sisteminə sahibdir. Bununla yanaşı smartfonun kənar hissəsinə əlavə fiziki idarəetmə düymələri inteqrasiya edilib. Həmin düymələr mobil oyunlarda rahat idarəetməni təmin etmək üçün nəzərdə tutulub. Smartfon özündə həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini və Dolby Atmos dəstəkli JBL stereo səsgücləndiricilərini birləşdirir. POCO F4 GT yaxın bir neçə gün ərzində satışa çıxacaq. 8 GB RAM-a və 128 GB yaddaşa sahib model 599 avroya, 12 GB RAM-a və 256 GB yaddaşa sahib model isə 699 avroya satılacaq.

 

    POCO Watch-a gəldikdə isə bu, POCO brendinin ilk smart saat modelidir. POCO Watch 360×320 piksel keyfiyyətli 1.6 düym düzbucaqlı AMOLED ekran ilə təchiz olunub. Ekranda sensorlu idarəetmə dəstəyi də reallaşdırılıb. Sözügedən smart saat ürək döyüntülərini, qandakı oksigen miqdarını, atılmış addımları, qətt edilmiş məsafəni və itirilmiş kalori göstəricisini ölçə bilir. Smart saata həmçinin GPS çip də inteqrasiya edilib. POCO Watch-da 100-dən çox idman növü dəstəyi mövcuddur. Smart saatın çəkisi cəmi 31 qram təşkil edir. Bir dəfə şarj olunandan sonra o, 14 gün ərzində çalışa bilir. POCO Watch artıq sabah 80 avro qiymətində satışa çıxacaq.

Gözdən qaçırmayın:  Elon Musk-ın Twitter-i 44 milyard dollara alması rəsmi şəkildə elan edilib

24 saat” “POCO F4 GT smartfonu və POCO Watch smart saatı təqdim edilib – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button