2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Podolyak: “Ukrayna Rusiya ərazisini vurmur”

Yayımlandı: 1 Mart 2023 17:34

“Ukrayna bütün ərazilərini işğaldan azad etmək üçün müdafiə müharibəsi aparır”

“Donbassnews”un materialı

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna müdafiə müharibəsi aparır və Rusiya Federasiyasının ərazisini vurmur.

Onun sözlərinə görə, Rusiya Federasiyası daxilində dron hücumları ilə bağlı insidentlər ruslar arasında panika prosesləri ilə bağlıdır.

“Ukrayna Rusiya Federasiyasının ərazisinə zərbə endirmir. Ukrayna bütün ərazilərini işğaldan azad etmək üçün müdafiə müharibəsi aparır. Bu, aksiomadır. Rusiya Federasiyasında çaxnaşma-parçalanma prosesləri artır ki, bu da naməlum uçan obyektlərin infrastruktur obyektlərinə daxili hücumlarının artması ilə özünü göstərir”, – Podolyak “Twitter”də yazıb.

Fevralın 28-də gecə saatlarında Rusiyanın Tuapse şəhərində neft bazasında yanğın baş verib. Bundan əvvəl Belqorodda, Bryansk vilayətində, Moskva vilayətində və Sankt-Peterburqda dronların olduğu bildirilirdi. Əksər hallarda Rusiya hakimiyyətinin nümayəndələri bunların Ukraynaya məxsus PUA olduğunu iddia edirlər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button