2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Polad Aslanov aclığı davam etdirdiyini təsdiqləyib

Bakı/12.01.22 Çərşənbə günü saat 15:30-da Polad Aslanova 1 saylı koloniyadan xanımına telefon etmək imkanı verilib.

“Mən Poladın vəziyyətini aydınlaşdırmaq üçün koloniyaya getdim, çünki o zəng eləmədi. Dedim ki, zəng eləyənə qədər heç yerə getməyəcəm. Yalnız bundan sonra ona zəng etməyə icazə veriblər”, – Gülmirə Aslanova bildirib.

“Polad çətinliklə danışırdı, dili tutulurdu. O bildirdi ki, tibb məntəqəsində müntəzəm olaraq onun yanına psixi problemləri olan başqa  məhbus gəlir,  palatadan tualet kimi istifadə edir və orada qalmaq mümkün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Poladı qəsdən belə şəraitdə saxlayırlar ki, aclıq edə bilməsin”, – Aslanova deyib.

Bu gün Ombudsman Aparatının əməkdaşları ona baş çəkiblər və aclığı dayandırmağı təklif ediblər. Onların gəlişindən bir neçə dəqiqə öncə Poladı təmiz havaya gəzintiyə çıxarıblar. Ombudsmanın əməkdaşları özləri iki maska taxdıqdan sonra tibb məntəqəsində ola bilərlər.

Bu gün Poladın vəziyyəti pisləşib: güclü təngnəfəsliyi, başgicəllənməsi var, vaxtaşırı mədəsi bulanır. Bununla belə,  aclığı davam etdirmək niyyətindədir, bazar ertəsindən sudan da imtina edəcək”, – Gülmirə Aslanova deyib. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button