2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Polad Aslanov aclığı davam etdirir

Bakı/19.01.22 Xeberman.com saytının həbsdə olan redaktoru Polad Aslanov 14 gündür 1 saylı cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində aclığı davam etdirir.

O, baş prokurorun onun işinə fevralın 3-də Ali Məhkəmədə obyektiv və ədalətli baxılacağı barədə vədinə baxmayaraq, aksiyanı dayandırmaqdan imtina edib. Bu barədə jurnalistin həyat yoldaşı Gülmira Aslanova bildirib.

“Poladdan heç olmasa vitamin kompleksi qəbul etməyi xahiş etdim, amma o, bundan da imtina etdi. O, yalnız su içir”, deyə həyat yoldaşı bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Aslanovun hazırda saxlanma şəraiti və ona qarşı rəftarla bağlı şikayəti yoxdur. Həkimlər gündə iki dəfə onu müayinə edirlər.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar.

Yanvarın 6-dan o, işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələb ilə açlığa başlayıb.

Aclıq aksiyasının 9-cu günündə Ali Məhkəmə Aslanovun şikayətinə baxılmasını fevralın 3-nə təyin edib. -06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button