Loading...
Loading...
Xəbərlər

Polad Aslanov aclığın 19-cu günündə xəstəxanaya yerləşdirilib

Bakı/24.01.22 19 gündür aclıq edən Polad Aslanov bazar ertəsi Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib. Bu, səhər 1 saylı koloniyada yerə yıxıldıqdan sonra olub.

Onun xanımı Gülmirə Aslanova bildirib ki, Polad namaz vaxtı yıxılıb, bundan sonra həkimlərin tövsiyəsilə koloniya rəhbərliyi onu xəstəxanaya yerləşdirməyə qərar verib.

Bu müəssisənin rəisi Mayıl Məmmədov təkidlə aclığın dayandırılmasını tövsiyə edib, çünki Aslanovun vəziyyəti ciddi şəkildə pisləşib.

“Həkim dedi ki, Polad müşahidə altındadır, lakin koma təhlükəsi yaranarsa, həkimlər məcburi qidalandırmaya başlayacaqlar”, – Aslanova deyib.

O həmçinin xəstəxanada həyat yoldaşına baş çəkib və aksiyanı dayandırmasını xahiş edib, ancaq Polad imtina edib.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” və digər hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.

Yanvarın 6-dan işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

Aclığın 9-cu günündə Ali Məhkəmə Polad Aslanovun kassasiya şikayətinə baxılmasını fevralın 3-nə təyin edib. -06B-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button