2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Polad Aslanov ona keyfiyyətli tibbi yardım göstərilməməsindən şikayətlənib

Bakı/22.12.21 Həbsxanada jurnalist Polad Aslanovun əsəb sistemində yaranmış problemlərə baxmayaraq, o, stasionar müalicəyə köçürülmür. Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Gülmira Aslanova bildirib.

Onun sözlərinə görə, P.Aslanovda əsəb pozuntusu yaranıb, yuxusu pozulub.

“Polad son vaxtlar əsəb gərginliyindən, yuxusunun pozulmasından şikayət edirdi. Bir ay əvvəl ona sakitləşdirici həb və vitaminlər təyin olundu. Amma müalicə nəticə vermədi”, deyə G.Aslanova bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edib ki, dünən jurnalisti nevropatoloq müayinə edib. “Həkim deyib ki, Polad ya 1 saylı cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülməli, ya da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilməlidir. “Amma rəhbərlik onu tibb məntəqəsinə köçürməkdən də, həbsxana xəstəxanasına göndərməkdən də imtina edir və onun barakda qalmasında israr edir”, deyə G.Aslanova qeyd edib. 

Əsəb sistemində problemlərin yaranmasının səbəbinə gəlincə, jurnalistin həyat yoldaşı bunu saxlanma şəraitinin pis olması ilə izah edib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində 1000 məhbus saxlanılır və orada yemək bişirmək üçün cəmi üç plitə var. Plitə çatışmadığı üçün mübahisələr yaranır. Bundan başqa, administrasiya P.Aslanova qarşı təxribatlar törədir, deyə G.Aslanova bildirib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Turan agentliyinə bildiriblər ki, bütün cəzaçəkmə müəssisələrində tibbi-sanitar məntəqələr fəaliyyət göstərir, burada yüksək peşəkarlıq səviyyəsinə malik həkimlər işləyir.

Bu məntəqələr zəruri tibbi avadanlıqlarla və dərman preparatları ilə təchiz edilib.

“Məhbusların müalicəsi həkim təyinatı əsasında həyata keçirilir. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi müayinə və müalicə prosesinə müdaxilə edə bilməz”, deyə şöbədən bildiriblər.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar. -06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button