ÖLKƏ

Polad Aslanov özünü günahkar saymır

“Xeberman.com” saytının baş redaktoru, dövlətə xəyanətdə ittiham olunan Polad Aslanov fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında ifadə verib.

Hakim Faiq Gəniyevin sədrliyi ilə keçirilən prosesdə P.Aslanov iddiaları rədd edib.

O, istintaq zamanı ilkin ifadəni təzyiq altında verdiyini bildirib.

P.Aslanov bildirib ki, həbsinin əsl səbəbi xüsusi xidmət əməkdaşlarının zəvvarların Məşhəd və Kərbəlaya Həcc ziyarətini təşkil edən turizm firmasından rüşvət alması barədə yazının dərcidir.

P.Aslanov dövlət sirrinə aid edilən məlumatların mükafat müqabilində İranın xüsusi xidmətinə ötürülməsi barədə ittihamı rədd edib.

O deyib ki, özü və başqa medianın nümayəndəsi bir xeyriyyə təşkilatı tərəfindən İrana dəvət olunublar və həmin şirkətdən yalnız səyahət xərcləri üçün 100 manat alıblar. İranlılardan bundan başqa pul almayıb.

P.Aslanov bildirib ki, hətta milli təhlükəsizlik naziri Eldar Mahmudovun vaxtında onu nazirliyə çağıraraq hədələyiblər.

P. Aslanova görə, Antiterror Mərkəzinin keçmiş rəis müavini, sonradan istintaq təcridxanasında intihar etmiş İlqar Əliyev şəxsən ona təzyiq göstərib.

O həmçinin əvvəlki iclasın qapalı keçirilməsinə etiraz edib.

Məhkəmə prosesi fevralın 20-də davam edəcək.

Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.

Dekabrda ona qarşı CM-in 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə daha bir ittiham irəli sürülüb. Lakin həmin iş üzrə zərərçəkən kimi tanınmış Dəyanət Babayev fevralın 10-da şikayətindən imtina edib. 

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Related Articles

Back to top button