2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Polad Aslanov tibbi yardımın olmamasından şikayətlənib

Jurnalist Polad Aslanovun həbsxanada 20 gün davam etdirdiyi aclıq onun orqanizmində mənfi nəticələrə səbəb olub. 

Xüsusən, onun ayaqlarında, əllərində və üzündə şiş var.

Bu barədə Turan-a jurnalistin həyat yoldaşı bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, aclığı dayandırdıqdan sonra onu həkim müayinə etməyib. 

O, bu barədə aclığı dayandırdıqdan sonra ona baş çəkən Ombudsman aparatının nümayəndələrinə də məlumat verib.

“Polad tibbi yardım istəyib, amma ona heç bir yardım göstərilmir. Ona deyirlər ki, “bu gün həkim yoxdur, sabah baxarlar” və hər gün belə davam edir”, – deyə Aslanova bildirib.

Onun sözlərinə görə, hazırda jurnalist Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılır.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

***

Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. 

“Sərhədsiz reportyorlar” və digər hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar. 

Yanvarın 6-da o, işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq elan edib.

Aclığın 9-cu günündə Ali Məhkəmə Polad Aslanovun kassasiya şikayətinə baxılmasını fevralın 3-nə təyin edib. 

Aclığın 20-cü günündə, yanvarın 25-də jurnalist həkimlərin təkidilə aclığı dayandırıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button