2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Polad Bülbüloğlu UNESCO-nun baş katibi vəzifəsinə namizəddir

”Məqsədim UNESCO-da siyasi mübarizəni minimuma endirməkdir”

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan hökumətinin UNESCO-nun baş katibi vəzifəsinə namizədliyimi verməsi mənim üçün gözlənilməz oldu.  Həm də qarşıma ölkəmizin humanitar əməkdaşlıq sahəsində müsbət təcrübəsinin yayılması öhdəliyini qoydu”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Rossiyskaya Qazeta”-ya müsahibəsində belə deyib. O bildirib ki, bu gün UNESCO dünya ictimaiyyəti kimi öz məqsədlərinə gedən yolda müəyyən çətinliklərlə üzləşir: 

“Maliyyə resurslarında ciddi çatışmazlıq var. UNESCO-nun fəaliyyətinin optimallaşdırılması üçün planlı şəkildə iş aparmaq lazımdır”.

Səfir qeyd edib ki, Azərbaycanda tarixi abidələrin qorunması işinə böyük önəm verilir və ölkənin 2 abidəsi UNESCO-nun siyahısına daxil edilib: “Biz qeyri-maddi mədəni irs siyahısının formalaşmasında da aktiv rol oynayırıq. Əgər ulu babalarımızdan bizə qalmış mirası qorumaq sahəsində baş verən prosesləri analiz etsək, Azərbaycanda iqtisadi inkişafın mədəniyyətin qorunmasındakı təsirini görə bilərik. Bu faydalı təcrübə qlobal miqyasda da tələb oluna bilər”.

P. Bülbüloğlu əsas məqsədinin UNESCO-da siyasi mübarizəni minimuma endirmək olduğunu da deyib: 

“Qarşıdurmalar üçün kifayət qədər formatlar var. UNESCO-nun məqsədi humanitar sahədə fəaliyyət göstərməklə sülhə nail olmaq, təşkilatı indiki böhranlı şəraitə uyğunlaşdırmaqdır. Bu istiqamətdə fəaliyyət göstərməyə hazıram. Ümid edirəm ki, bütün tərəfdaşlarımızla birlikdə bu yolun sonunda qürur duyacağımız bir şey olacaq”.

UNESCO-nun yeni baş katibi bu ilin oktyabrında seçiləcək. Polad Bülbüloğlu ilə yanaşı, bu vəzifəyə daha 9 nəfərin namizədliyi verilib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button