2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

“Polad Bülbüloğlunun geri çağırılacağını düşünmürəm”

Mehriban Vəzir: “Azərbaycanda vətəndaşların rəyi nəzərə alınmır”

Lider TV-nin jurnalisti Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova Qarabağla bağlı verdiyi suala görə işdən çıxarılması bir neçə gündür ki, ölkə gündəmində ən çox müzakirə edilən məsələlərdən biridir. Məlumata görə, A.Həsənovun işdən çıxarılmasına səbəb Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub. Onun televiziya rəhbərliyi qarşısında jurnalistin işdən çıxarılması ilə bağlı iddia ilə çıxış etdiyi ehtimal olunur. Məhz bu səbəbdən də bir neçə gündür ki, Azərbaycanın Rusiyadakı bir çox diaspor təşkilatları P.Bülbüloğlunun geri çağırılması ilə bağlı tələblər səsləndirməkdədir. Onlar hesab edir ki, P.Bülbüloğlu Rusiyada Azərbaycanın milli maraqlarını lazımınca müdafiə etmir və son hadisə bunu bir daha sübut edir.
Maraqlıdır, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının bu çağırışları bəhrə verə bilərmi? P.Bülbüloğlunun geri çağırılması gözləniləndirmi?
24saat.org-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir P.Bülbüloğlunun geri çağırılacağına inanmadığını vurğuladı:
“P.Bülbüloğlunun jurnalist A.Həsənovla bağlı məsələdə atdığı addım əsla təqdir oluna bilməz. Amma onun digər faəliyyəti, oradakı azərbaycanlıların marağını nə dərəcədə qoruması ilə bağlı ətraflı bir bilgim yoxdur. Lakin bu bir həqiqətdir ki, Azərbaycan hökuməti ictimai rəyi nəzərə almır. Diaspor təşkilatlarının, insanların nə deməsindən asılı olmayaraq, onlar yenə də öz bildiklərini, öz istəriklərini edirlər. Bu ölkədə vətəndaşın fikirləri nəzərə alınmır. Odur ki, mən P.Bülbüloğlunun geri çağırılacağını düşünmürəm. Əgər hər hansı bir geriçağırma olacaqsa belə, bu, vətəndaşların rəyi əsasında baş verməyəcək”.
Məlumat üçün qeyd edək ki, A.Həsənov S.Lavrovdan Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiyanın hansı mövqe sərgilədiyini soruşub. S.Lavrov isə cavabında Qarabağın Azərbaycanın daxili işi olmadığını vurğulayıb və dolayısı ilə Rusiyanın hərbi əməliyyatlara seyrçi qalmayacağını söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button