2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Polisə izahat alınması üçün çağırılan şəxs öldü

Ülviyyə Axundova: “Polislər onu döyüb, öldürüblər”

Qazax Rayon Polis Şöbəsinə  sentyabrın 25-də, axşam saatlarında izahat üçün dəvət edilən rayon sakini Elmir Mirzə oğlu Axundovun idarədən cənazəsi çıxıb.

Bu barədə Meydan TV-yə onun bacısı Ülviyyə Axundova məlumat verib.

O, bildirib ki, qardaşı Elmir Axundov polisə sadəcə izahat vermək üçün dəvət olunub. Ancaq idarədən meyiti çıxıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Evdə idik. Axşam Bakıya gedəcəkdik. Qardaşım siqaret almaq üçün mağazaya getdi. Sonra xəbər gəldi ki, onu maşına mindirib, polis idarəsinə aparıblar. Eşidən kimi polis idarəsinə getdim. Məni içəri buraxmadılar. Az sonra təcili tibbi yardım maşını gəldi. Nə olduğunu soruşdum, mənə heç bir məlumat vermədilər. Elə bil Ermənistan-Azərbaycan sərhəddində idim. Dedilər, içəridə kimsə dalaşıb, həkim ona görə gəlib. Az sonra xəstəxanadan zəng etdilər ki, qardaşınızı vurub öldürüblər, gəlin aparın”.

Ü. Axundova deyir ki, meyitin üzərində zorakılıq izləri olub. Onun fikrincə, polislər onu döyüb, öldürüblər:

“45 dəqiqənin içində sapsağlam bir insanı öldürdülər. Onun hər hansı xəstəliyi, problemi yox idi. Ancaq biləyini, qolunu, əlini, ayağını qırmışdılar. Dizlərindən daş çıxarmışıq, sürüyüblər, nə ediblər, bilmirəm”.

Qardaşının indiyədək polislə hər hansı probleminin olmadığını söyləyən Ülviyyə Axundova onun Gürcüstan Respublikasından gündəlik təlabat malları gətirib, sataraq, dolandığını söyləyib:

“37 yaşı var idi. Bilmirik niyə belə etdilər, niyə öldürdülər, onunla problemləri nə idi. 102-yə, prokurorluğa məlumat vermişik. Hətta Qazax Rayon İcra Hakimiyyəti başçısının qəbulunda da olduq. Başçı “gedin işinizi görün. Mən də araşdıracağam, elə bilin mənim balamdır ölən. Arxayın olun, Bakıdan ekspert gətizdirəcəyəm” – deyib, bizi yola saldı. İndi cənazəmizi dəfn etməyə gedirik”.

Qazax Rayon Polis Şöbəsindən Meydan TV-yə döyülmə halını təkzib ediblər.

Qazax Rayon Prokurorluğundan isə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 124.1. (Ehtiyatsızlıqdan adam öldürmə) və 221.3. (Odlu və ya soyuq silah tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

***

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Qazax rayon Polis Şöbəsində baş verən ölümlə bağlı araşdırma aparıb.

Komitədən Open.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, polis şöbəsində dünyasını dəyişən Elmir Axundov bir gün əvvəl rayonda “Polisə İctimai Dəstək” üzvü ilə dalaşıb. E. Axundov həmin şəxslə bağlı prokurorluğa, “Polisə İctimai Dəstək” üzvü isə iki dişini qırdığı üçün E. Axundovla bağlı polisə şikayət edib: “Polisə daxil olan şikayət əsasında şöbəyə çağırılan Elmir Axundov özünü pis hiss edib və dərhal xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib. Elmir Axundovun bədənindəki izlər isə dalaşdığı zaman aldığı xəsarətlər olub”.

Komitədən həmçinin bildirilib ki, E. Axundov əvvəllər 3 dəfə məhkum olunub.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button