2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Polisə müraciət etdi, özü həbs olundu

Mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov RPŞ-yə müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Şamxal Məmmədov və Elçin Abdullayev tutulublar. Onlardan 5 ədəd qumbara, 1  ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.

Onlar izahatlarında silah-sursatı S.Qədirovun evindən oğurladıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Qədirovun evinə baxış zamanı oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edilərək götürülüb.

S.Qədirov tutulub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button