2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Polisə “paqonlarını sökdürəcəm” deyən deputat Musa Qasımlıdırmı?

Sentyabrın 16-da, günün ikinci yarısında Bakıda yol polisi ilə millət vəkili arasında mübahisə yaranıb. Deputat insanların arasında polisi acılayaraq onu işdən qovduracağı ilə hədələyib. 

Avtosfer.az hadisə şahidlərinin verdiyi məlumat əsasında yazıb ki, Hüseyn Cavid prospektindəki «Mothercare» mağazasının qarşısında – avtobus dayanacağında «Prado» markalı avtomobil park edilib. Bunu görən yol polisləri həmin avtomobilin fotolarını çəkərək protokol tərtib ediblər.

Protokol yazılarkən millət vəkili onlara yaxınlaşaraq «nə üçün maşınımın şəklini çəkirsiniz, bilmirsiniz ki, kimin maşınıdır?»-deyə, irad tutub.

Saytların yığılması Saytlarin yigilmasi

Yol polisləri isə bildiriblər ki, avtobus dayanacağında avtomobillərin dayanması qayda pozuntusudur. Bundan hiddətlənən sürücü yaxasındakı bayrağı göstərərək «mən deputatam, gör sənin başına nə oyun açacam, paqonlarını sökdürəcəm» deyib.

Ətrafdakı insanlar vəziyyəti belə gördükdə deputata yaxınlaşaraq ona etiraz ediblər və «nə üçün qayda pozursunuz, sonra da polisi acılayırsız» deyərək irad bildiriblər. Vəziyyəti belə görən millət vəkili avtomobilə minib və oradan uzaqlaşmaq istəyib. Lakin yol polisləri ona 40 manatlıq cərimə protokolu yazaraq yola salıblar. Bundan daha da hiddətlənən deputat yol polisinə “sənin başına oyun açacam” deyərək, yoluna davam edib.

Avtosfer.az saytı həmin deputatın kimliyini açıqlamasa da, onun elm sahəsində kifayət qədər tanındığını və həm də parlamentdə müxalifət partiyasını təmsil etdiyini yazıb.

24saat.org saytının apardığı araşdırma zamanı məlum olub ki, saytın yazdığı kimi həm elmi sahədə kifayət qədər tanınan, həm də müxalifət partiyasını təmsil edən deputat olmasa da, eyni parametrlərə qismən uyğun şəxs Musa Qasımlı ola bilər. Belə ki, cənab Qasımlı tarix elmləri doktoru, professordur. O həm də 27 yanvar 2016-cı il tarixindən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışır. Siyasi mənsubiyyətcə Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olsa da, Milli Məclisdə bitərəf deputat kimi təmsil olunması məlum iddianın səhihliyini şübhə altına salır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button