Now Reading:
Polis əməkdaşı 3 yaşlı uşağı öldürdü – Azərbaycanda dəhşət

Polis əməkdaşı 3 yaşlı uşağı öldürdü – Azərbaycanda dəhşət

Bərdə rayonunda faciəvi hadisə baş verib.

Rayonun Mustafaağalı kəndində Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı Çingiz Quluzadə idarə etdiyi “VAZ 2107” markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac Həsənzadəni vurub. 3 yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

Bildirilir ki, ölən uşaq hadisəni törədən polisin uzaq qohumu olub. Ç.Quluzadə həmin kənddə yaşayır və kənddaxili yolda azyaşlının avtomobilin qarşısına çıxması zamanı qəzadan yayına bilməyib.

Faktla bağlı araşdırma aparılır.

///Lent.az

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.