2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Polis Astarada əməliyyat keçirib, bir nəfər ölüb

Yayımlandı: 3 Mart 2023 10:18

“Onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərmiş, xidməti avtomobillərə zərər yetirmişlər”

Astara rayonunda polislə vətəndaş arasında insident yaşanıb. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib. Qurumun məlumatında deyilir ki, polis əməkdaşları daxil olmuş məlumat əsasında Astara rayonu ərazisində əməliyyat keçiriblər. Bu zaman Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. 

Onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərmiş, xidməti avtomobillərə zərər yetirmişlər. Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb”, – nazirliyin məlumatında deyilir.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürüldüyü bildirilir.

Musayevlərin yaxınlarının məsələyə münasibəti bəlli deyil. 

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button