2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Polis AXCM üzvlərinin etiraz aksiyasının qarşısını alıb

Bakı/05.10.21 Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup fəalı və hüquq müdafiəçiləri Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar həbsdə olan partiya üzvü Niyaməddin Əhmədova azadlıq tələb ediblər.

Aksiya iştirakçıları Niyaməddin Əhmədovun və digər həbs edilmiş fəal Zamin Salayevin şəkillərini qaldırıblar və “Siyasi məhbuslara azadlıq!”, “İstefa” şuarları səsləndiriblər.

Onlar yerli mətbuatı və hüquq müdafiəçilərini həbsdə olan AXCP üzvləri Niyaməddin Əhmədov, Aqil Hümbətov, Paşa Ümüdov, Aqil Məhərrəmlinin taleyinə biganə qalmamağa çağırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar Niyaməddin Əhmədovun 13 gündür bu penitensiar müəssisədə aclıq etməsi ilə əlaqədar toplaşdıqlarını qeyd ediblər.

Polis əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar 5 nəfərdən artıq toplaşmağa icazə verilmədiyi üçün etirazçılardan ərazini tərk etməyi tələb ediblər.

Bundan sonra bir neçə aksiya iştirakçısı polis maşınlarına mindirilib və naməlum istiqamətə aparılıb. Onlar arasında jurnalistlər Zərifə Novruzova, Fatimə Mövlamlı və Aysel Ümüdova, həmçinin hüquq müdafiəçiləri Zəfər Əhmədov və Rüfət Səfərov da var.

DİN-in mətbuat xidmətinin ictimaiyyətlə və KİV-lə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev Turan-a bildirib ki, saxlanılan yoxdur, aksiyada iştirak edənlərin ərazidən uzaqlaşdırılması təmin edilib.

Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirilib ki, saxlanılanlar Xəzər rayonun 3-cü polis bölməsinə aparılıb. -06D-

 

Mənbə:Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button