2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Polis AXCP üzvünün həbsi üçün iddia qaldırdı

Yayımlandı: 19 Avqust 2022 18:01

Gülnarə Rəhimova sosial media hesabındakı sözügedən paylaşımında təhqir və böhtan elementlərinin olmadığını deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimovanın cinayət məsuliyyətinə cəlb olunması tələb edilir. Məhkəmədə ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb. Xüsusi ittihamçı isə Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı Seymur İmanovdur. O, Gülnarə Rəhimovanın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edir.

Saytların yığılması Saytlarin yigilmasi

Polis serjantının AXCP üzvünə qarşı iddiasına Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva baxacaq. Məhkəmənin ilkin hazırlıq iclası avqustun 24-nə təyin edilib.

Gülnarə Rəhimova deyir ki, polis əməkdaşı onu avqustun 11-də “Facebook” hesabında paylaşdığı statusa görə məhkəməyə verib.

Həmin statusda o, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında Seymur İmanovun çəkilmiş fotosunu paylaşıb. Həmçinin bunları yazıb:

“Quru sərhədləri açın!” tələbilə Nazirlər Kabineti qarşısında keçirilən aksiyaya gedəndə metronun “İçərişəhər” stansiyasının qarşısında polislər tərəfindən qanunsuz olaraq saxlanılıb 41-ci polis bölməsinə aparılanda Əziz Məmiyev də mənimlə birlikdə idi. Əzizi gözlərimin önündə polislər döymüşdülər, bu barədə həmin vaxt yazmışdım.

Bu gün isə həmin polis serjantlarından birinin fotosunu əldə etdim və paylasıram ki hər kəs görsün və tanısın…”

Gülnarə Rəhimovanın paylaşımı

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun təşkil etdiyi “Quru sərhədləri açın!” şüarıyla etiraz aksiyası iyulun 19-da Nazirlər Kabinetinin qarşısında keçirilib. Həmin gün aksiyaya gələnlərdən Müsavat Partiyasının üzvü Əziz Məmiyev saxlanılıb, ona 30 sutka həbs cəzası verilib. Əziz Məmiyev yaxınlarına saxlanılarkən və daha sonra polis bölməsində döyüldüyünü bildirib.

Həmin vaxt Gülnarə Rəhimova və daha bir neçə fəal Əziz Məmiyevlə birlikdə saxlanılaraq, eyni avtomobildə polis bölməsinə aparılıb.

Gülnarə Rəhimova sosial media hesabındakı sözügedən paylaşımında təhqir və böhtan elementlərinin olmadığını deyir. Hesab edir ki, bu məhkəmə iddiası siyasi fəaliyyətinə, etiraz aksiyalarında iştirakı və hökumətin ünvanına tənqidlərinən görə ona qarşı təzyiq məqsədi daşıyır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button