2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Polis Bərdədə saxlanılan vətəndaşın iddiaları ilə razılaşmır

Yayımlandı: 2 Mart 2023 17:44

“Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ilə bağlı iddialar həqiqəti əks etdirmir”

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən S.Əsgərova qarşı qanunazidd əməllər törədilməsi ilə bağlı qeyd olunan iddialar həqiqəti əks etdirmir”.

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Bərdənin Hacılar kənd sakini Sərxan Əsgərovun iddiasına cavab olaraq belə deyib.

Sərxan Əsgərov polisdə qeyri-insani rəftara məruz qalması ilə əlaqədar şikayət etmişdi.

Vətəndaş Meydan TV-yə müraciətində bildirirdi ki, ötən ilin sentyabrında Bərdə Rayon Yol Polis İdarəsinin əməkdaşları – çavuşlar Nahid, Rabil, Fərhad və Yelmar tərəfindən saxlanılıb.

Dediyinə görə, polislər onu idarə etdiyi nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqi qadağan edilmiş örtük çəkməsinə görə cərimə etməli olduqları halda zorla şöbəyə aparıblar.

Şikayətçi iddia edib ki, şöbədə ona qarşı psixoloji təzyiq göstərilib, təhqir olunub.

Dörd saat orada saxlanılandan sonra buraxılıb. Lakin bir gün sonra təkrar Bərdə Rayon Polis Şöbəsinə çağıraraq həbs edilib.

Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Əhmədov onun barəsində 8 sutkalıq inzibati həbs qərarı verib.

Sərxan Əsgərov İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.) maddələri ilə təqsirli bilinib.

“Polis əməkdaşları mən saxlanılarkən onları təhqir etdiyimi, üzlərinə günəbaxan tumu çırtlayıb atdığımı dedilər. Mənə qarşı polisə müqavimət ittihamı ilə iddia qaldırdılar. Hakimi Elsun Əhmədov da barəmdə 8 sutka həbs qərarı verdi. Ancaq hakim bu qərarı verərkən polisdən hər hansı sübut və ya şahid tələb etmədi. Əksinə, mənə hücum edərək qanunsuzluğa yol verdiyimi, polisə qarşı zorakılıq etdiyimi iddia edərək məni təhqir etdi. O yalnız polisdən gələn iddianı təsdiqləmiş oldu. Halbuki bununla bağlı hər hansı bir fakt və sübut yox idi”, – Sərxan Əsgərov deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Meydan TV-yə bildirib ki, Sərxan Əsgərov ötən ilin sentyabrında Bərdə şəhəri ərazisində idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılıb:

“Təhlükəsizlik kəməri bağlamadan və nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqi qadağan edilən örtük çəkməklə idarə etdiyinə görə vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protkol tərtib edilib. Həmin vaxt S.Əsgərov ucadan nalayiq ifadələr işlətdiyinə görə polis əməkdaşları onu nizam-intizama dəvət edib. Lakin o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Buna görə S.Əsgərov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirli bilinərək barəsində 8 gün müddətinə inzibati qaydada həbs tədbiri seçilib”.

Aslan Qiyaslı əlavə edib ki, Sərxan Əsgərov məhkəmənin qərarından apelyasiya şikayəti verib:

“Apelyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə 50 manat cərimə tətbiq edib, 535-ci maddəsinə görə 2 gün həbsdə olduğu müddətlə kifayətlənərək cəzanın yerdə qalanından azad edib”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button