2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Polis maşını qəza törədib: iki ölü, dörd yaralı

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP maşını ötmə əməliyyatı zamanı qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə zamanı altı nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.

Xəsarət alanların polis əməkdaşı, 1988-ci il təvəllüdlü Məmmədyarov Natiq Mehdi oğlu, Bakı sakini, 1987-ci il təvəllüdlü Dadaşov Elçin Razi oğlu, 1980-ci il təvəllüdlü Əhmədov Allahverdi Ağəli oğlu, 1986-cı il təvəllüdü Sadıqov Ülvi Səməd oğlu olduğu bildirilir.

 

Ölənlərin adları hələlik açıqlanmır.

 

 

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button