2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Polis “Qanun” nəşriyyatının binasını nəzarətə götürüb

Şənbə günündən “bomba axtarışı” məqsədilə polis tərəfindən nəzarətə götürülən “Qanun” nəşriyyatının binası ətrafına lent çəkilərək əraziyə giriş qadağan edilib, nəşriyyat nümayəndəsi BBC Azərbaycancaya deyib.

“Deyirlər gəlin yanımızda durun axtarış edək. Biz də deyirik ki, axı bombanı elə axtarmırlar. Siz bombadan müdafiə paltarı geyinirsinizsə biz o paltarsız necə olacağıq? Öləcəyik orada?”, nəşriyyat nümayəndəsi irəli sürülən iddia “inandırıcı deyil” deyir.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov qeyri iş günü olduğundan hadisədən “xəbərsiz olduğunu” deyir. Nəşriyyat binası ətrafında polislər bir neçə post qurub və BBC Azərbaycancanın müxbirinin sözlərinə görə indiyə qədər onlar ərazidədir.

Saytların yığılması Saytlarin yigilmasi

Şənbə günü axşam saatlarında bir qrup polis “Qanun” nəşriyyatının binasına daxil olmağa çalışıb. Səbəb kimi 102 saylı xidmətə anonim mənbədən bomba qoyulması haqda zəngin daxil olması göstərilib, nəşriyyatın hadisə yerində olan əməkdaşı bildirir.

“Zəng”

102 xidməti deyir ki, onlara belə bir zəngin daxil olmayıb. Bunlar (polislər) deyirlər belə bir zəng daxil olub, nəşriyyat evinin rəhbərinin oğlu deyir
102 xidməti deyir ki, onlara belə bir zəngin daxil olmayıb. Bunlar (polislər) deyirlər belə bir zəng daxil olub, nəşriyyat evinin rəhbərinin oğlu deyir

 

Onun sözlərinə görə, polislər ilk olaraq binada yerləşən ofislərdən birinin əməkdaşlarını binadan çıxarıblar. Qapıda duran gözətçi nəşriyyat rəhbərliyinə zəng etmək istəyəndə telefonu əlindən alıblar.

“Açarı da alıblar. Qapını da bağlayıblar”, o əlavə edir.

“102 xidməti deyir ki, onlara belə bir zəng daxil olmayıb. Bunlar (polislər) deyirlər ki, belə bir zəng daxil olub”, Şahbaz Xuduoğlunun oğlu BBC Azərbaycancanın müxbirinə deyib.

Vəkil Yalçın İmanov deyir ki, polis əməkdaşlarının binada axtarış aparması üçün axtarış və ya baxışla bağlı binanın mülkiyyətçisinə, Şahbaz Xuduoğluna, qərar təqdim olunmalıdır.

“Ya istintaqın ya da məhkəmənin qərarı olmalıdır və bu da dünən təqdim olunmayıb deyə mülkiyyətçinin nümayəndəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarını içəri buraxmayıb”, vəkil əlavə edir.

“Qanun” nəşriyyat binasında “Əli və Nino” nəşriyyat evi də daxil olmaqla təqribən 7 şirkətin ofisi yerləşir və onların hamısının nümayəndələrinin iştirakı ilə binaya baxış keçiriləcək, nəşriyyatın əməkdaşı qeyd edib.

“Hazırda həmin nümayəndələrin gəlişini gözləyirik, onlardan cavab yoxdur”, o vurğulayıb.

bbc.com/azeri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button