2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Polis rəisi Qarabağ qazisini evindən küçəyə atıb: “Nazirlə görüşə qoymur”

Artıq neçə illərdir Azərbaycan ailəsi öz ölkəsində bəzi dövlət məmurlarının özbaşınalığı və məsuliyyətsizliyi səbəbindən qeydiyyatsız, evsiz yaşayır.

24saat.org xəbər verir ki, Həsənov İlham Əmiraslan oğlu.dəfələrlə ölkə rəhbərliyinə və dövlət orqanlarına müraciət etməsinə baxmayaraq, dövlət səviyyəsində biganə münasibətdən başqa heç nə görməyib.

30 yanvar 2015-ci ildə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Tahir Quliyev bir ailəni küçəyə atıb. Rəis tərəfindən heç bir şifahi və yazılı xəbərdarlıq edilmədən Qarabağ müharibə qazisi, sabiq polis zabiti Həsənov İlham Əmiraslan oğlu yuvasından çıxarılıb.
O, 4 nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları ünvandan qeydiyyatdan çıxarılmış və bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələri fəaliyyətsizləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu problemlə əlaqədar daxili işlər naziri Ramil Usubovun qəbuluna yazılmağa baxmayaraq, bu ailə Tahir Quliyev (hal-hazırda Oğuz RPŞ-nin rəisi vəzifəsində işləyir) tərəfindən təşkil edilən maneələrlə üzləşir.
Hətta, 2017-ci il 29 aprel tarixdə zona üzrə Göyçay şəhərində vətəndaşları qəbul edən Ramil Usubovun qəbuluna yazılmaq üçün 20 gün əvvəl elektron ərizə ilə Daxili İşlər Nazirliyində və Ucar RPŞ-də nazirin qəbuluna düşmək üçün qeydiyyatdan keçməyə baxmayaraq nazirlə görüşə bilmədik. Nazirin qəbuluna düşməyimizə Tahir Quliyev əngəllər yaradır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button