2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Polis rəisinin özünü güllələdiyi deyilir

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi polkovnik-leytenant Rahib Mirzəyev özünü xidməti silahı ilə güllələyib. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, hadisə iyulun 9-da səhər saat 11:00 radələrində Mirzəyevin xidməti otağında baş verib.

Polis rəisinin ürək nahiyəsindən bir dəfə atəş açdığı, onun elə hadisə yerində keçindiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib: “Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək”.

51-yaşlı Rahib Mirzəyev uzun illər daxili işlər orqanlarında çalışmış general Sahib Mirzəyevin qardaşıdır. General 2020-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun bu orqanda sonuncu vəzifəsi nazirliyin Daxili Təhqiqatlar İdarəsinin rəisi olub.

Rahib Mirzəyev 2019-un yayından 4-cü polis bölməsinin rəisidir. Bundan əvvəl Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin rəisi olub.

24 saat” “Polis rəisinin özünü güllələdiyi deyilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button