2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Polis Şəhidlər Xiyabanını ziyarətə maneə yaratdı – VİDEO

Polis tərəfindən saxlanılanlar var

DİN: “Bir qrup şəxs Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar” 

Yanvarın 20-də Demokratik Qüvvələrin Milli Şurası üzvlərinin Şәhidlәr Xiyabanını ziyarәtinə maneә yaradıblar. Polis Milli Şuranın xiyabana öz tәrәfdarları ilә birlikdә, tam heyәtlә getmәsinә imkan vermәyib.

Bu barədə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat verib.

O, 20 saylı məktəbin qarşısında AXCP sədri Əli Kərimlinin qarşısının kəsildiyini, 10 nəfərdən çox adamın saxlanıldığını bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli, AXCP üzvləri Ceyhun Arif, Elvin Əliyev, Bəşir Tanrıverdi, Amil Məmmədzadə, Allahşükür Məmmədov, Faiq Abışov, Həsən Həsənli, Solmaz Əlıyeva, Sahib Rüstəmli, Həsən Baxışov, Müşfiq Həsənbəyli və bloger Fatimə Mövlamlı Yasamal Rayon Polis İdarısinə aparıblar”.

https://www.facebook.com/24saat.org/videos/2544428382240646/?t=0

İlham Hüseynli bildirib ki, Xiyabana gedәn yolda qurulmuş sәddәn AXCP sәdri Әli Kәrimli vә bir neçә nәfәri buraxandan sonra qalan ziyarәtçilәrin qarşısını kәsiblәr. Mәqsәd Milli Şura üzvlərinun şәhidlәri izdihamla ziyarәt etmәsinin qarşısını almaq olub. 20 Yanvar faciəsindən 29 il ötür. Bu gün ölkədə Milli Matəm Günüdür.

https://www.facebook.com/24saat.org/videos/828615854179293/

DİN bu gün Şəhidlər Xiyabanında baş vermiş insidentə münasibət bildirib

Daxili İşlər Nazirliyi bu gün Şəhidlər xiyabanında bir qrup müxalifət təmsilçisinin saxlanılması barədə yayılan məlumatlarla bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Report”un sorğusuna cavabında bildirib ki, ötən gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qəsdən qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb.

Lakin həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb və onlara xəbərdarlıq edib:

“Bu gün də bir qrup şəxs Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar. Bu da şəhidlərimizi ziyarətə gələn insanların haqlı narazılığına səbəb olub. Polisin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində qarşıdırma yaradan bir qrup şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər Xiyabanında qarşıdırma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır və araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüququ qiymət veriləcək”.

E. Zahidov saxlanılan şəxslərin sayını və adlarını açıqlamasa da, araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button