2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Polis Saleh Rüstəmovun müdafiəsinə həsr olunan aksiyanın qarşısını alacağını bildirib

Bakı/14.12.21 Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov dekabrın 15-də paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək cəhdi olarsa, qarşısının alınacağını bildirib.

“Belə çağırışlardan artıq xəbərdarıq. Dekabrın 1-də olduğu kimi, bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir”, deyə o qeyd edib.

Sosial şəbəkələrdə dekabrın 15-də saat 12-də Bakının Fəvvarələr meydanında “Saleh Rüstəmliyə azadlıq!” tələbi ilə etiraz aksiyası keçiriləcəyi barədə məlumatlar yayılmaqdadır.  

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün, dekabrın 14-də Saleh Rüstəmli azadlığa çıxması tələbi ilə 39 gündür aclıq edir. O, dekabrın 13-də su qəbulundan imtina edərək, quru aclığa keçdiyini bildirib.

Bundan sonra Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmov, bacısı Yeganə Rüstəmova, xalası qızı Firəngiz Məmmədhüseynova və qardaşı oğlu Sayqın Rüstəm Penitensiar Xidmətin Müalicə Müəssisəsinin giriş qapısının qarşısına gələrək, Rüstəmliyə dəstək məqsədi ilə quru aclığa başladıqlarını elan edib. Daha beş nəfər ictimai-siyasi fəal da aclıq aksiyasına qoşulub. 

AXCP sədri Əli Kərimli bildirib ki, hökumət tələsməlidir.

“Heç kim bilmir ki, Saleh bəy neçə saatdan sonra koma vəziyyətinə düşəcək. Bütöv bir xalqın gözü önündə ölkənin ən igid, ən vətənpərvər şəxsiyyətlərindən birini, Qarabağ qəhrəmanını, həm də 40 gün çəkən işgəncə ilə öldürmək bütövlükdə xalqa qarşı cinayətdir. Bütövlükdə xalqa meydan oxumaq, xalqı aşağılamaq cəhdidir. Bu cinayət başa çatmamalıdır, durdurulmalıdır. Saleh bəy məhz bu gün azad edilməlidir!”, deyə o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib. -03-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button