2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Polis tərəfindən saxlanılan jurnalist: “Avropa Məhkəməsinə şikayət edəcəm”

Dünən  Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan “Talışi Sədo” qəzetinin əməkdaşı Azər Lerikli başına gələnlər haqqında öz “facebook” hesabında yazıb.

 

Lerikli onu aparmağa gələn polislərin PA-dan göstəriş aldığını bildirib: “Dostlar, 8 fevralda təqribən saat 16:00 da Lerik Rayon Poliş Şöbəsinin rəis müavini Habil Bunyadov, polis sahə inespektoru (kəndimizin uçaskovisi) Həşimxan Fərziyev və 1 nəfər polis əməkdaşı evimizə gələrək mənə “Səni rəis istəyir, nazirlikdən və PA-dan adam gəlib sənnən görüşmək istəyir” deyərək məni rayona apardılar. Yolun bərbad vəziyyətdə olmasından ötrü biz rayona axşam çatdıq. Habil Bunyadov dedi ki, rəis deyir sabah 09:00-da Şöbədə ol. Gecəni məcburən Cəngəmiranda dostum gilə getdim. Səhər yola çıxanda polislər kəndi əhatələmişdi. Fikirləşdim ki, görəsən Ussama Binladenin sağ əliyəm mən?”
Lerikli ona qarşı səslənən ittihamlardan şikayət edəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Məhkəmədə israrla həbsimi istəsəsələr də, Rövşən Bağırovun sifarişi ilə 200 manat cərimələndim. Əslində hər şey həbsə gedirdi. Çox dəyərli əqidaşlarım Rafiq Cəlilov, Seyran Rafiyev, Ataxan Əbilov, Mehdibəy Səfərov, Rabil Abdinov, Xədicə İsmayıl və digər dəyərli dostların məsələni güclü ictimailəşdirməsi sayəsində məcburiyyət qarşısında qərar dəyişildi. Hətta Rafiq Cəlilovun nömrəsini növbətçi hissə bloklamışdı. Qərardan Avropa Məhkəməsinə şikayət edəcəm. Dəyərli vəkilimiz Elchin Sadıqovnan danışdım. Çox sağolsun ki, mənə hər cür yardım edəcəyinə söz verdi”.

 

Azər Lerikli fevralın 9-da polis tərəfindən saxlanılıb. Məhkəmə qarşısında dindirildikdən sonra polisə tabe olmaması əsas göstərilərək 200 manat cərimə olunaraq azadlığa buraxılıb. O, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovİlham Əliyev barədə yazdığı tənqidi yazılarla tanınır.

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button