Now Reading:
Polis “Xəzər” TV-nin əməkdaşını tutdu

“Xəzər” televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Əkbərov Lənkəranda tutulub. 24saat.org “Report”a istinadən xəbər verir ki, E.Əkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Əkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

M.Qafarovanın yaxın qohumu “Report”a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: “Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb”.

*** 12.30

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş “Xəzər” televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Əkbərov sərbəst buraxılıb və hazırda evindədir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.