2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Polisdə qeyri-insani rəftara məruz qaldığını deyən vətəndaş şikayətçidir

Yayımlandı: 1 Mart 2023 15:11

Hüquq müdafiəçisi məhkəməyə üz tutmağı tövsiyə edir

Bərdənin yol polisi bölməsinin rəisi Emin Musayev məni təhqir edib və ardınca 4 saat qapalı otaqda saxlayıb. Sonra da mənə bildirmədən 50 manat əvəzinə, 150 manat cərimə yazıb“.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Bərdənin Hacılar kənd sakini Sərxan Müzəffər oğlu Əsgərov deyir.

O bildirib ki, bir il öncə heç bir qanunazidd hərəkət törətmədiyi halda rayonun polis əməkdaşları tərəfindən təzyiq və təhqirə məruz qalıb:

Ötən ilin sentyabrında övladımı məktəbdən götürməyə gedərkən yolda Bərdə rayon yol polisinin əməkdaşları – çavuşlar Nahid, Rabil, Fərhad və Yelmar tərəfindən saxlanılmışam. Onlar mənə dedilər ki, maşının yan şüşələrində “plyonka” var, bizimlə polis şöbəsinə getməlisən. Mən isə bildirdim ki, əgər “plyonka” qanunsuzdursa, cərimə yazın, ən yaxın zamanda ödəyərəm, indi övladım məktəbdən çıxır, onu götürməliyəm”.

Ə.Salayev işgəncəyə məruz qaldığı zaman

Şikayətçi deyir ki, polislər onu zorla maşına mindirib bölməyə aparıblar. Şöbədə isə ona qarşı təhqiramiz ifadələr işlədilib, psixoloji təzyiq göstərilib:

Qanunda plyonkaya görə şöbəyə aparılmaqla bağlı tələb olmadığını bilirəm. Şöbədən buraxıldıqdan sonra həyəcanlı və özümü təhqir olunmuş hiss edirdim. Çünki günahsız olaraq təhqir edilmiş və zorakılıqla polisə aparılmışdım. Üstəlik, şöbəyə aparılmağımla əlaqdar ailəmi xəbərdar edə bilməmişdim. Onlar da narahat olmuşdular. Bu səbəbdən də əvvəldən də tanıdığım və məni saxlayan polis əməkdaşına zəng edərək hansı səbəbə görə saxlanıldığımı, təhqiramiz rəftar etmələrinin səbəbini soruşdum. Bu zaman o məni telefonda ağır söyüşlə təhqir etdi. Mən də əsəbi olduğum üçün qarşılıq verdim”.

Sərxan Əsgərov deyir ki, növbəti gün onu Bərdə Rayon Polis Şöbəsinə çağıraraq həbs ediblər.

Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Əhmədov onun barəsində 8 sutkalıq inzibati həbs qərarı verib.

Sərxan Əsgərov İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq)  və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.) maddələri ilə təqsirli bilinib.

Polis əməkdaşları mən saxlanılarkən onları təhqir etdiyimi, üzlərinə günəbaxan tumu çırtlayıb atdığımı dedilər. Mənə qarşı polisə müqavimət ittihamı ilə iddia qaldırdılar. Hakimi Elsun Əhmədov da barəmdə 8 sutka həbs qərarı verdi. Ancaq hakim bu qərarı verərkən polisdən hər hansı sübut və ya şahid tələb etmədi. Əksinə, mənə hücum edərək qanunsuzluğa yol verdiyimi, polisə qarşı zorakılıq etdiyimi iddia edərək məni təhqir etdi. O yalnız polisdən gələn iddianı təsdiqləmiş oldu. Halbuki bununla bağlı hər hansı bir fakt və sübut yox idi”, – Sərxan Əsgərov deyir.

Şikayətçi iddia edir ki, polis əməkdaşları onun saxlanıldığı Bərdə RPŞ-nin təcridxanasında yenə təhqir ediblər, həm də ailəsinin ona yemək verməsinə mane olublar:

“Mənə su və yemək verilməsinə imkan vermədilər. Ailəm vəkil tutub Gəncə Apellyasiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Lakin Bərdə polisi məhkəmə təyin olunmasına rəğmən iki gün maşın olmadığını əsas gətirərək məni məhkəməyə aparmaqdan imtina etdi. Əvəzinə hər gün şöbədə qeyri-insani rəftara məruz qalırdım. Yalnız Prezident Administrasiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ombdusman Aparatı və digər əlaqədar qurumlara teleqram vurduqdan, Bakıdan gələn reaksiyalardan sonra məni Gəncəyə – məhkəməyə aparmağa razılaşdılar”.

Sərxan Əsgərov bildirir ki, Gəncə Apelyasiya Məhkəməsində hakim polisə müqavimət göstərməsi ilə bağlı iddiasını təsdiq edən dəlil tələb etsə də, qarşı tərəf hər hansı fakt təqdim etməyib:

Ümumiyyətlə, məni həbs edən polislər məhkəməyə gəlməmişdi. Üstəlik, hakim qeyd etdi ki, avtomobildə “plyonka”nın olmasına görə vətəndaşın polis bölməsinə aparılması qanunaziddir. Çünki bu halda yalnız cərimə yazıla bilər. Mənə qarşı bu hadisəni planlayıb törədənlər həm Bərdənin şöbə rəisinə, həm də Daxili İşlər Nazirliyinə barəmdə yalan məlumat veriblər. Məndən qanuna tabe olmayan, xuliqan obrazı yaratmağa çalışıblar. Amma tanıyanlar hər kəs bilir ki, bu belə deyil”.

Şikayətçi deyir ki, başına gələnlər qayınanası Tahirə Quliyevanın 2022-ci il sentyabrın 22-də rayon polis şöbəsinin əməkdaşlarından Meydan TV-yə şikayət etməsindən sonra baş verib:

“Qayınanam Tahirə Quliyeva Laçın rayon qaçqınıdır. O, ailəsi ilə birlikdə Bərdənin Qaradəmirçi kəndində mənə məxsus evdə məskunlaşıblar. Qayınanamgilin qonşuluqda yaşayan Mobil Hümbətovgillə ədavətləri yaranmışdı. Aralarındakı narazılıq getdikcə dava-dalaşa çevrilmişdi. Qayınanam da bununla bağlı Daxili İşlər Nazirliyinin 102 “Qaynar xəttinə” zəng edib. Şikayəti Bərdə polisinə yönələndirilib. Polis isə onun şikayətinə baxmayıb. Qayınanam da bununla bağlı Meydan TV-yə müraciət edib ki, şikayəti işqıqlandırılsın. Şikayət dərc olunandan sonra polis əməkdaşları heç bir əsas olmadan məni polisə aparıb həbs etdilər, təhqir və təzyiqlərə məruz qaldım”.

Sərxan Əsgərov deyir ki, ona qarşı qərəzli münasibətə etiraz olaraq Birinci Vitse-prezidenti Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) Səbinə Əliyevaya müraciət edib.

Şikayətçi ona qarşı haqsızlıq edən polis əməkdaşlarının cəzalandırlmasını istəyir:

Müraciət etdiyim qurumlardan heç bir cavab gəlməyib. Xahiş edirəm ki, haqsız yerə təzyiq və həbsə məruz qalmağıma səbəb olan insanlar qanuni yolla cəzalandırılsınlar”.

Daxili İşlər Nazirliyi məsələ ilə əlaqədar Meydan TV-nin sorğusunu cavablandırmayıb.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Meydan TV-yə bildirib ki, əgər vətəndaşın əlində qismən də olsa əsaslar varsa, mütləq məhkəməyə müraciət etməlidir:

“Həmin şəxsin ona vurulmuş maddi-mənəvi zərərin ödənilməsinə görə məhkəməyə müraciət etmək hüququ var”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button