2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Polisin “Bulaq hadisəsi” əməliyyatı

Oğlunun qanunsuz həbs olunduğunu deyən ana Ramil Usubova müraciətində nələr yazıb?

“Oğlum Pərviz Məmmədov Səbail Rayon Polis İdarəsinin rəis müavini Füzuli Hümbətov və idarənin müstəntiqi Hənifə Bayramzadə, 8-ci polis bölməsinin sabiq rəisi Vüsal Qaraşov tərəfindən şərlənərək bu ilin aprelin 27-də həbs olunub. Polislər həmin gün evimə basqın edərək oğlumu zorla, döyə-döyə 8-ci polis bölməsinə aparıb, orada cibinə 151.71 qram narkotik vasitə qoyublar”. Bu sözləri həbs olunan Bakı sakini Pərviz Məmmədovun anası Qəribə Məmmədova ölkə başcısı İlham Əlyevə və daxili işlər naziri Ramil Usubova müraciətində yazıb. O, müraciəti 24saat.org-a da ünvanlayıb. Qəribə Məmmədova oğlunun bölmədə polislərin işgəncə və zorakılığına məruz qaldığını bildirir. Ana iddia edir ki, orada təzyiq vasitəsi ilə oğlundan narkotik vasitənin onun üzərindən çıxması ilə bağlı izahat alıblar. Qarşısına şərt qoyublar ki, ya üzərindən narkotik vasitənin çıxmasına razı olmalısan, ya da səni “Bulaq hadisəsi”, cinayətkar aləmlə əlaqələrinin olması ilə əlaqələndirəcək, çoxsaylı cinayət hadisələrini boynuna qoyacağıq. Çar-naçar qalan oğlum ona edilmiş işgəncələrə tab gətirməyərək, təklifləri ilə razılaşıb” Q.Məmmədovanın sözlərinə görə, oğlu bir dəfə də 2014-cü ilin aprelin 25-də şərlənərək həbs olunub: “O zaman da oğlumun cibinə Səbail Rayon Polis İdarəsinin rəis müavini Füzuli Hümbətov narkotik maddə atdırmışdı. İşi aparan müstəntiq də Hənifə Bayramzadə idi. İndi də şərləyənlər və icraçılar eyni adamlardır. Deyəsən, bu adamlar günahsız oğlumun sonuna çıxmaq istəyirlər. Həyat yoldaşım onkoloji xəstə, 2-ci qrup əlildir. Onunla birgə hara müraciət ediriksə, bizə yalançı vədlər verir, yola salırlar. Çox vaxt qəbula düşmək üçün saatlarla gözləməli oluruq. Bu da həyat yoldaşımın səhhətinə ciddi təsir edir. Əgər oğlumun cinayətkar aləmlə əlaqəsi varsa, qoy onun üstündən qumbara, avtomat çıxsın, niyə narkotik çıxır? Guya ki, oğlum, narkotik vasitənin satışı, hazırlanması ilə məşğul olub. Bu səbəbdən onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 mddəsi ilə cinayət işi qaldırılıb. Məntiqlə, əgər oğlum narkotik istifadəçisi və ya satışı ilə məşğul olurdusa, onu polislər evdən aparan zaman elə üstündə olan narkotik vasitəni otaqların birinə atardı, özü ilə polis bölməsinə nə üçün aparırdı? İş o qədər saxta aparılıb ki, qonşuların gözü qabağında (bu hadisəyə şahidlik edən xeyli şəxs var) oğlumu evdən zorla aparıblar və guya onu küçədə saxladıqları kimi sənədləşdiriblər. Sual olunur: Yaxşı Pərvizi küçədə saxlayan zaman üzərindən 151.71 qram narkotik çıxmışdısa, nə üçün onun yaşadığı mənzildə axtarış aparmadınız? Bəlkə evində narkotik istehsal edən zavodu var imiş? Bir halda ki, deyirlər ki, oğlumun cinayətkar aləmlə əlaqəsi var, onda elə həmin aləmlə əlaqəsi olan şəxs kimi həbs etsinlər. Çünki onun heç bir cinayətkar aləmlə əlaqəsi yoxdur. İşlər hamısı quramadır. Sadəcə rütubələrini və vəzifələrini artırmaqdan ötrü bu cür iyrəncliklərə əl atır, mənim kimi kimsəssizlərin balalarını zindanlarda çürüdürlər. Oğlum 4 aydır ki, sanki girov saxlanılır. Heç bir istintaq hərəkəti aparılmır. Nə qədər ölkə başçısına, Respublika Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciət ünvanlasaq da heç bir reaksiya verilmir. Bakı Şəhər Prokurorluğunda vətəndaşları qəbul edən Elçin Sultanov bizə deyir ki, oğlun “Bulaq məsələsi” ilə bağlı həbs olunub. Mən sizə heç bir kömək edə bilməyəcəyəm. Gedin, oğlunuzun azad olunmasını nazirdən istəyin. Deyəndə ki, bəs mənim oğlum “Bulaq” restoranında atışma olnda orada iştirak etməyib, orada iştirak edənlərin heç birini tanımır, xeyri yoxdur. Kimə deyirsən?Heç bir istintaq hərəkəti aparmadan, məhkəmənin çıxardığı qərara belə hörmət qoymadan vəsatətləri təmin etmir, heç bir istintaq hərəkətləri aparılmır, heç nədən həbsxanada məhv etmək istəyirlər. Nə qədər istədim Ramil Usubovun qəbuluna düşəm, məsələni nazirin də diqqətinə çatdıram, imkan vermədilər. Görünür, oğlumun həbs olunmasına rəvac verən quldurlar hansısa yolla buna da mane olurlar. ” –deyən Q. Məmmədova heç bir istintaq hərəkəti aparılmadığına görə, xəstə həyat yoldaşı ilə birgə Daxili İşlər Nazirliyinin və oğlunun həbsinə rəvac verən Füzuli Hümbətovun yaşadığı villasının önündə aclıq aksiyasına başlayacağını bildirir. “ Füzuli Hümbətov etdiyi bu qanunsuz hərəkətə görə cəzalanmayacağına əmindir. Yalandan oğlumun adını cinayətkar aləmlə əlaqədə hallandıraraq vəzifə pilləsinə qalxmaq istəyir. Mən də deyirəm ki, oğlumun heç bir yerlə, heç bir cinayətkar aləmlə əlaqəsi yoxdur. O, Konstitusiya Məhkəməsində şöbə müdiri işləyən qardaşı Akif Hümbətova arxayındır. Amma unudur ki, Allah gərdişi döndərəndə heç kim qabağında dayana bilməz. Qardaşı Sahib Hümbətov etdiyi qanunsuz hərəkətlərə görə nazir Ramil Usubov tərəfindən bu yaxınlarda Qaradağ Rayon DYP-dən qovuldu. Heç bir xahiş-minnət bunun qarşısını ala bilmədi. Çünki haqsız idi, ona görə ona etibar edilmiş vəzifəsinin öhdəsindən layiqincə gəlməmişdi. Füzuli Hümbətov isə hakimiyyətin qəzəbinə gələn və hazırda həbsxanada olan bir şəxsnin qohumdur. Onlardan qız alıb. İndi mən açıqlayım ki, Füzuli filankəslə qohumdur, onun cinayətkarlarla əli var? Mən heç də onun kimi düşünmürəm. Hər kəsin öz həyatı var. Heç kim də heç kimin etdiyi əməllərə görə cavabdeh deyil. Sadəcə, bunu deməkdə məqsədim odur ki, Füzuli Hümbətov oğlumla bağlı məsələyə öz prizmasından yanaşmasın. Əgər oğlum hansısa kriminal hərəkət edibsə, ona görə cəza versinlər? Yalandan şərləyib kimisə içəri atıb, nazirə yalan informasiya verərək, vəzifə pilləsində yuxarıya qalxmaq niyyətində olmasınlar. Fikirləşsinlər ki, onların da övladları var, nə zamansa qabaqlarına çıxa bilər. Onda mənim kimi axıdacaqları göz yaşları karlarına gəlməyəcək”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button