2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Polisin hicab geyinməsində heç bir qəbahət yoxdur…”

Bir neçə gün öncə xəbər vermişdik ki, avqustun 30-da Türkiyədə qeyd edilən Zəfər bayramında bir ilk yaşanıb.

Belə ki, Taksim meydanında təşkil edilmiş bayram mərasiminə qadın polis rəislərindən biri hicabla qatılıb. Polis qadının hicabla görünməsi isə birmənalı qarşılanmayıb.
Həmin tarixdən bir neçə gün keçməsinə baxmayaraq hicablı polis rəisinin fotosu hələ də sosial şəbəkələrdə müzakirə olunur. Müzakirə edənlər polisin hicab geyinməsiylə bağlı müxtəlif fikirlər səsləndirirlər.
Qeyd edək ki, həmin polis qadın hicab geyinməklə heç bir qanun pozuntusuna yol verməyib. Çünki, Zəfər bayramından bir neçə gün əvvəl Türkiyədə qadın polislərin öz uniformalarının bir hissəsi kimi hicab geyinmələrinə icazə verilib.
Картинки по запросу hicablı polis rəisi
Maraqlıdır, xüsusi uniformada olan polis məmurunun hicab geyinməsi nə qədər doğrudur?
Moderator.az-ın mövzu ilə bağlı sualına millət vəkili Fazil Mustafa aydınlıq gətirib.
F.Mustafa polisin hicab geyinməsində heç bir qəbahət görmədiyini bildirib:
“Əslində mən bunda bir problem görmürəm. İngiltərədə Hindistandan olan polis İngilis polisinin uniformasında olsa da, başında Hindistan çalması olur. Hətta saqqalın da saxlayır. İngiltərə hava limanında və ya başqa yerlərdə belə polisləri görənlər yəqin ki, bunu təsdiq edə bilər.
Polisdə və ya başqa peşədə mütləq hicab olar və ya olmaz deyə müzakirəyə çıxarılması, məncə doğru deyil. Əgər qabiliyyətli, bacarıqlı, peşəkar insandırsa, ancaq hicablıdır, nəyə görə polis olmasın ki?!
Dünyanın inkişaf etmiş ölkələrindən biri olan Britaniyada bu varsa, Türkiyədə olmasında heç bir qəbahət görümürəm. Qanunvericilikdə hicabın uniformayla yanaşı hicab geyinməyə izin verilirsə və həmin işçi peşəkar biridirsə, hicabla  və ya hicabsız polislik etməsi heç bir əhəmiyyət daşımır. Məncə bu arqumentdən çıxış edərək Türkiyə dövləti buna icazə verib”.
Xatırladaq ki, Türkiyədə qəbul olunmuş yeni qərara əsasən qadın əməkdaşlar  polis uniformasına aid baş örtüyünün altından hicab geyinə bilərlər. Qaydalara görə, hicabın rəngi uniformanın rənginə uyğun və naxışsız olmalıdır.
Картинки по запросу türkiyədə polisin hicab geyinməsinə icazə verildi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button